"ADEX"-də “Bakı Tikiş Evi” öz məhsullarını təqdim edib

Hazırda oxunan: "ADEX"-də “Bakı Tikiş Evi” öz məhsullarını təqdim edib

54974
Moderator.az xəbər verir ki, Müdafiə Sənayesi Sərgisində “Bakı Tikiş Evi” də öz məhsullarını təqdim edib.
“Bakı Tikiş Evi” ASC-nin sədr müavini Eldar Haqverdiyev müəsisə və müəsisənin istehsal etdiyi əsgər və zabitlər üçün müxtəlif uniforma və geyimlər barədə məlumat verib.
"Şirkətimiz 1937-ci ildən bəri əhali üçün tikiş məhsullarının (geyimlər və s.) istehsalı ilə məşğuldur. Şirkət ilk dəfə müdafiə nazirliyi üçün tikiş məhsullarının istehsalına İkinci Dünya Müharibəsi zamanı başlayıb və yüksək mükafatlara layiq görülüb. 1999-cu ildə isə müəssisə özəlləşdirilərək Azərbaycan Respublikası Müdafiə Nazirliyi üçün tikiş məhsullarının istehsalı sahəsində ixtisaslaşmağa başlayıb. Biz əsgər və zabitlər üçün müxtəlif uniformalar / geyimlər hazırlayırıq və bu geyimlər həm sülh, həm də müharibə şəraitində orduya lazımdır. Şirkətimiz Türk Standartları İnstitunun ISO 9001:2001beynəlxalq keyfiyyət standartı üzrə sertifikatlaşdırılıb. Müəssisəmizin mütəxəssisləri 1998-ci ildən bəri NATO standartı üzrə məhsulların buraxılmasına yiyələnməklə yanaşı, hazırkı sərgidə nümunələri nümayiş etdirilən yeni uniformaların da istehsalına başlayıblar. Bu məhsullara əsgər və zabitlər üçün gündəlik və döyüş uniformaları, xüsusi təyinatlılar, kəşfiyyatçılar və snayperlər üçün kamuflyaj formaları daxildir.

Sərgi istehsal etdiyimiz məhsulları mütəxəssislərin geniş dairəsinə nümayiş etdirməyə imkan verir. Biz fəxr edirik ki, öz məhsullarımız beynəxalq standartaların tələblərinə uyğun olaraq hazırlayırıq və hesab edirik ki, şirkətimiz mütəxəssislərin ən yüksək tərifinə layiqdirlər." - Eldar Haqverdiyev bildirib
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin