“Saxta soyqırımının tanıdılması böyük biznes planıdır”

Hazırda oxunan: “Saxta soyqırımının tanıdılması böyük biznes planıdır”

54951

Millət vəkili Zahid Oruc Moderator.az-a açıqlamasında qondarma erməni soyqrımının tanıdılması siyasəti ilə bağlı maraqlı fikirlər səsləndirib:

 “Bildiyiniz kimi bu məsələ Fransa parlamentində bu məsələ bir neçə dəfə gündəmdən çıxarılmışdı. Bu qanunun tərəfdarlarından olan xanım millət vəkili, hansı ki, hazırda sosial mediada qeyd etdiyiniz mövqedəki insanları öz partyiyasına yığaraq bu prosesi kütləvi bir tendensiyaya çevirməyə çağırır. Bu, böyük maliyyə vəsaitləri hesabına həyata keçirilir. Saxta soyqırımının tanıdılması istiqamətində aparılan mübarizə böyük biznes planıdır. Bundan çoxlu paralar qazanılır. Həmin vəsaitlər isə sadə erənilərin canından çıxarılır. Ermənilərin milli şüuruna yeridilən bu ideologiya onun yeni doğulan körpəsini də tutur və onlar bu cür layihələrin iştirakçısına çevrilirlər”.

Millət vəkilinin sözlərinə görə, məlum qanun layihəsinin Yunanıstan parlamenti tərəfindən qəbul edlməsi heç də təsadüfi deyil:

“Bu gün Fransada qəbul edilən qanun Yunanıstan parlamentində də meydana gəlir. Guya onlar bunu bütövlükdə insanlıq əleyhinə cinayət kimi tövsiv edirlər. Konkret erməni amilini ortaya atmasalar da, dolayısı ilə xidmətində olduğu və notarial qaydada lobbiçiliyə imza etdirdiyi və bundan külli miqdarda vəsait qazandığı prosesi bu gün yeni libasda meydana gətirirlər. Yunanıstanın Türkiyə ilə münasibətlərinin formatlanmasına şahid olmuşuq. Azərbaycan Yunanıstanla kifayət qədər iqtisadi-siyasi əlaqələrə malikdir. Ən azından bu ölkənin potensialı Qarabağ məsələsində ermənilərin xeyrinə işləmir. Lakin bu da bir həqiqətdir ki, bu ölkələr arasında keçmişə söykənən münasibətlər var. Türkiyə ilə düşmənçilik Şimali Kipr məsələsi səbəbi ilə 70-ci illərdən üzübəri daha da alovlanıb. Indi də yunanlar bu əraziləri özlərinə qaytarmaq ümidi ilə yaşayırlar. Parlament lobbi qrupları mövcud imkanlardan biznes məqsədi ilə istifadə edirlər. Təbii ki, bu cür addımlara cavab verilməlidir. Lakin bu tendensiyanın Qərbdə yayılacağını, Avropa dövlətlərinin Türkiyə ilə mübarizəni bu müstəvidə aparmağa xüsusi maraq göstərəcəyini inandırıcı hesab etmirəm”.

 

Seymur Əliyev

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin