Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər mətbuata açıqlamasında Müsavatın taleyindən narahat olduğunu bildirib. Bununla bağlı Moderator.az-a açıqlama verən Müsavat Partiyası başqanının müavini Gülağa Aslanlı S.Əkbərin narahatlığı üçün əsas olmadığını vurğuladı:
“Düşmənləri sevindirib, dostları pərişan
edəcək vəziyyətdə deyilik. Partiyamız qurultay və başqan seçkilərinə
hazırlaşır. Bu proses başa çatandan sonra indiki kampaniya dövrünə təsadüf edən
fikir ayrılıqları da aradan qalxacaqdır. Müsavat yüz illik tarixə malik olan,
hər zaman birinci və birincilərdən biri olan partiya kimi Azərbaycan
ictimai-siyasi həyatına öz töhfəsini verəcəkdir”.
Seymur Əliyev































































































