Xaricdə yaşayan bir qrup müsavatçıdan Moderator.az-a aşağıdakı məzmunda müraciət daxil olub:
"Dəyərli Musavatcı xanımlar və bəylər, ilk dəfə olaraq Azərbaycanın milli istiqlalı və hürriyyəti bayrağını
qaldıraraq, Azərbaycanlılığı dövlət müstəvisinə gətirən, ona müstəqil milli
dövlət həyatı yaşadan, onu milli və mədəni varlıq olaraq dünya millətlərinə
tanıdan və Azərbaycan məsələsini beynəlxalq məsələlər sırasına daxil edən
Müsavat Partiyasının qarşıdan gələn qurultayı Azərbaycanda, o cümlədən regionda önəmli siyasi hadisə olacaqdır.
Təməli M.Ə.Rəsulzadə tərəfindən qoyulan Müsavat Partiyasının 1992 ildən bəri tarixi missiyasını Isa Qəmbər başda olmaqla onun silahdaşları şərəflə daşımışlar.
Azərbaycana bir sıra
demokratiya ənənələrini gətirən, o cümlədən praymerizin keçirilməsi, seçkilərdə
yetərsayın endirilməsi, bütün strukturlarda qadınlar üçün kvotanın ayrılması
kimi mütərəqqi qaydaları ilk dəfə olaraq tətbiq edən Müsavat Partiyası bu
istiqamətdə növbəti tarixi addımını atmaq ərəfəsindədir. Partiyanın növbəti
qurultayında bir nəfərin iki dəfədən artıq partiya başqanı seçilə bilməməsinə
dair nizamnamədə əks olunan müddəa praktik olaraq gerçəkləşəcək. Isa bəy Müsavat Partiyasının başqanlıgından getsə də Azərbaycan
siyasətində Milli Demokratik Hərakatın şəksiz lideri kimi qalacaqdır.
Biz, bu sənədi imzalayan
müsavatçı mühacirlər partiya rəhbərliyinə keçiriləcək seçkilərlə əlaqədar təşkil
olunan şəffaf seçki kampaniyasını qürur hissi ilə izləyir, qarşıdan gələn
qurultayın Müsavat Partiyasının və bütövlükdə cəmiyyətimizin inkişafına ciddi
töhfə verəcəyinə inanırıq. Biz, Müsavat Partiyasının başqanlığına namizədlərin
hər birinə hörmətimizi ifadə etməklə yanaşı,
qarşıdan gələn qurultayda Arif Hacılının başqan seçilməsini Müsavatın və
cəmiyyətin maraqlarına daha uyğun hesab edirik.
Arif Hacılı istiqlalçı millət vəkili və yüksək dövlət vəzifəsi tutmuş bir şəxs olaraq, güclü natiqlik qabiliyyətinə və idarəçilik təcrübəsinə malik siyasətçidir. Gənc yaşlarından milli-azadlıq hərəkatına qoşulan Arif Hacılı qısa müddətdə onun liderlərindən birinə çevrilib. Arif Hacılı milli hökumətin dövründə Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri olaraq, Müxtelif dövrlerde Ağdere,Qubadlı, Füzuli uğrunda geden döyüşlere rehberlik edenlerden biri olub" O, demokratik düşərgənin keçirdiyi çoxsaylı mitinqlərin, yüz minlərlə tərəfdarın qoşulduğu kütləvi tədbirlərin mahir aparıcısı olub. Arif Hacılı Müsavat Partiyasının, demokratik düşərgənin yaratdığı koalisiyaların və İsa Qəmbərin qalib gəldiyi seçkilərin hamısında seçki kampaniyasına rəhbərlik edib. O, Müsavat Partiyasının bərpa edilməsi və gücləndirilməsi işində də ən çox xidməti olan əqidə yoldaşlarımızdan biridir. Illerle Musavatin en cetin ve siyasi cehetden mesuliyyetli ishlerini goren, ən kritik situasiyalarda öndə olan, həyatının böyük bir hissəsini qeyd-şərtsiz Müsavata həsr etmiş sözünü meydanlarda və zindanlarda demiş,liderlik bacarığının bütün parametirlərini (Xarizma,natiqlik,analiz etmə bacarığı və s)özündə əks etdirən Arif Hacılı dəfələrlə qanunsuz həbs edilməsinə rəgmən demokratik prinsiplərə, öz əqidəsinə, silahdaşlarına, o cümlədən İsa Qəmbərə daim sadiq qalıb.
Biz inanırıq ki, Müsavat Partiyasının VII qurultayı, ənənəvi olaraq azad demokratik və şəffaflıq şəraitinde keçəcək müsavatçılar doğru seçimini edəcək və qarşıdan gələn qurultayda qəbul ediləcək qərarlar Müsavat Partiyasının və bütövlükdə demokratik düşərgənin güclənməsinə ciddi təkan verəcək. Azərbaycana istiqlalı biz gətirdik, demokratiyanı da biz gətirəcəyik! Tanrı Müsavatı qorusun!
Imzalar. Almaniya
Ilham Həsən
Mehdi Xəlilbəyli
Əhməd Cəlaloglu,
Intiqam Ibrahimoglu,
Caglar Qasimov,
Xəqani Həsən,
Ilahə Əliyeva,
İlqar Əliyevç
Kamil Həsən,
Əkbər Xılilov
Isvec,
Sərdar Agayev,
Əli Agayev,
Zərrabi Kərimov,
Vuqar Davudov,
Belcika,
Ləman Talibova
Hollandiya,
Eldəniz Yusibov,
Rəşad Sadiqov
Kamal Qasimov,
Əli Ibrahimzadə,
Samit Məmmədov,
Eldəniz Abdurəhmanov,
Tahir Nəbili































































































