“Elektron Təhsil” respublika müsabiqəsi başlayıb

Hazırda oxunan: “Elektron Təhsil” respublika müsabiqəsi başlayıb

54475
Azərbaycanda V “Elektron Təhsil” respublika müsabiqəsinin başlanmasına start verilib. Təhsil Nazirliyinin mətbuat xidmətindən Moderator.az-a verilən xəbərə görə, müsabiqənin keçirilməsində əsas məqsəd tədris prosesində elektron tədris resurslarından, İnternet texnologiyalarından istifadəni genişləndirmək, bu sahədə təhsil ictimaiyyətini məlumatlandırmaq, tədris məqsədləri üçün İnternetdən istifadənin yeni formalarını üzə çıxarmaq və tədris prosesində informasiya texnologiyalarından fəal istifadə edən müəllimləri həvəsləndirməkdən ibarətdir.
 
Müsabiqə 3 istiqamət olmaqla, 7 nominasiya üzrə keçiriləcək. Müsabiqədə qaliblərə noutbuklar, planşetlər, printerlər və digər xüsusi mükafatlar təqdim olunacaq.
 
Qeyd olunub ki, müsabiqə artıq beşinci ildir həyata keçirilir və 2010-2013-cü illərdə keçirilən müsabiqələrdə ümumi olaraq 4000-dən artıq layihə təqdim edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin