NATO sammitində Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və ölkəmizin xarici siyasət sahəsində uğurlar əldə etməsi dövlət başçısı İlham Əliyevin yürütdüyü xarici siyastin konkret nəticəsidir. Bunu Moderator.az-a açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib. Onun sözlərinə görə, NATO sammitinin Ermənistan üçün uğursuz nəticələndiyini görən Sərkisyan Azərbaycana qarşı təbliğat işini gücləndirməsini söyləməsinin bir səbəbləri var:
“Hər
şeydən əvvəl Sərkisyn zəifləmiş hakimiyyətini Azərbaycanın timsalında düşmən
obrazi yaradaraq möhkəmlətmək istəyir. Bütün qəzəbi öz üzərinə
deyil, Azərbaycana yönəltməyə çalışır. Ermənilərin Azərbaycana qarşı təbliğat
başlatmasını daha da sürətləndirilməsi bir daha təbliğat mübarizəsində Ermənistanın
uduzduğunu göstərir. Ermənistan bütün cəhətlərdə Azərbaycana uduzmaqda davam
edir. Sadəcə olaraq hələ bəzi xarci ölkələrdəki himayədarlaının səyləri ilə Azərbaycan
ərazilərinin işğalı davam edir və düşünürəm ki, böyük dövlətlər Ermənistana
yerini göstərməlidirlər.”
Millət
vəkili bildirdi ki, ikincisi Sarkisynın ümumiyyətlə demokratiyadan, insan
haqlarından danışmağa heç bir mənəvi haqqı yoxdr:
“
Çünki Sərkyanla demokratiya arasına 180 dərəcə fərq var. Demokratiyadan
danışan Sərkisyan öncə öz tərcümeyi- halına diqqət yetirməlidir. Xocalıda və
Azrbaycanın digər ərazilərində dinc insanları qətlə yetirən terroroçu
demokratiyadan necə danışa bilər? Sərkisyan terror yolunu keçmiş və bu yolla
hakimiyyətə gəlmiş adamdır. Üçüncüsü, Azəbaycanda demokratiyanın
boğulmasından danışan Sərkisyan ilk növbədə gözünün qarşısına Ermənistanın
siyasi həyatını gətirsin. Bir ölkənin parlamentində deputat gülləlinirsə, həmən
ölkəyə necə demokratik ölkə demək olar? Bütün bunların hamısı riyakarlığın
konkret nəticədidir. Hələ 19- əsrin sonu 20-ci əsrin əvvəllərində çarimizm sənədlərdə
yazılan bir fikri Sərkisyan bir daha öz sözləri ilə təsdiq edir. Həmən sənədlərdə
yazılırdı ki, erməni xadimlərinə yalnız iki üzlülük xasdır. Erməni cəmiyyəti
bir pik yaradıb ki, o da teroroçu pikidir. Ermənistana Sərkisyanın da başçılıq etməsi
bir daha 100 il bundan öncə çar məmurlarının və erməni xadimlərinin özlərinin
yazdlqlarının təsdiq edir.”


































































































