Sabiq hərbçi status ala bilmir

Hazırda oxunan: Sabiq hərbçi status ala bilmir

54178

Moderator.az-a müraciət edən Ağdaş rayonunun Kotanarx kəndi sakini Həsənov Faiq Bədrəddin oğlu həqiqi hərbi xidmət zamanı yaralanmasına baxmayaraq bu vaxta qədər heç bir statusla təmin edilmədiyindən şikayətlənib:

“1993-cü ilin18 oktyabr tarixində həqiqi hərbi xidmətə çağrılmlşam. Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə ağır yaralanıb hərbidən təxris edilsəm də indiyə qədər mənə nə Qarabağ müharibəsi əlili, nə də  müharibə veteranı statusu verilmir. 18.10.1993-cü il tarixdə Ağdaş  Rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağrılmışam. N saylı hərbi hissədə 18 gün qulluq etdikdən sonra digər hərbi hissəyə gönərilmişəm və döyüşlərə qatılmışam.

Döyüş yollarım Fizuli və Murov ərazilərini əhatə edib. 16.mart 1994-cü il tarixdə başımdan aldığım güllə yarasına görə Gəncədə yerləşən hospitala gətirildim. İki aylıq müalicədən sonra hərbi xidmətə  yararsız kimi təxris edildim. Bütün qanunu sənədlərimin olmasına və döyüş yoldaşlarımın bunu təsdiq etmələrinə baxmayaraq, indiyə qədər əlillik və yaxud veteran statusu ala bilmirəm. Müdafiə Nazirliyinə və digər orqanlara etdiyim müraciətlərə başdansovdu, yalan cavablar verilir. İstənilən rüşvəti versəm mənə ya Qarabağ müharibəsi əlili, yaxud da veteranı statusu verilər. Ancaq himayəmdə olan 3 azyaşlı uşaqlarımı güclə dolandırıram. Maddi imkanım yoxdur. Torpaqlarımızın azadlığı uğrunda canımdan keçməyə həmişə hazıram. Qoy bəzi yaramazlar kapital toplamağı düşünsün , mən isə vətənimin  suverenliyini düşünürəm. Mətbuat vasitəsi ilə ali baş komandan cənab İlham Əliyevə , müdafiə naziri cənab Zakir Həsənova və Şəxsi Heyət Baş İdarəsinin rəisi cənab Kərim Vəliyevə müraciət edib xahiş edirəm mənim Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib yaralanıb hərbidən təxris edildiyimi nəzərə alıb qanunu statusla təmin olunmağıma köməklik göstərəsiniz”.

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin