Bakıdan İrəvana dəvət

Hazırda oxunan: Bakıdan İrəvana dəvət

54095

“Bakı 2015 Avropa Olimpiya Oyunları ilə bağlı Ermənistana dəvətnamə göndərmişik”. ANS PRESS-in məlumatına görə, bu barədə gənclər və idman naziri, BAOƏK-baş icraçı direktoru Azad Rəhimov deyib.

O bildirib ki, bütün Avropa ölkələrinə Avropa Olimpiya Oyunları ilə bağlı dəvətnamə göndərilib: 
“Bütün iştirakçılara qarantiya verilib, həmçinin Ermənistana. Dəfələrlə erməni idmançılar Azərbaycanda, həmçinin azərbaycanlı idmançılar Ermənistanda iştirak ediblər. İdman sahəsində idmançılara məhdudiyyət yoxdur. Biz hələ də cavab gözləyirik”. 
Azad Rəhimov qeyd edib ki, biz hələ də ümid edirik ki, Ermənistan Olimpiya komitəsindən bu məsələyə cavab alacağıq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin