İlham və Fərizənin analarını DİN-ə çağırdılar

Hazırda oxunan: İlham və Fərizənin analarını DİN-ə çağırdılar

53963
Bunu barədə 20 Yanvar şəhidi İlham Allahverdiyevin qardaşı Elxan Allahverdiyev deyib. "Dünən daxili işlər naziri Ramil Usubovun göstərişi ilə ailə üzvlərimizi Bakı Şəhər Baş Polis İdarəsinə dəvət etmişdilər. Görüş zamanı məlumat verildi ki, hazırda Şəhidlər xiyabanındakı rüsvayçı hadisə ilə bağlı istintaq gedir. Təhqiqatın gedişi haqqında hər iki şəhid ailəsinə məlumat veriləcək. İdarə rəhbərliyi bildirdi ki, şəhid qəbirləri üzərində təhqiramiz hərəkətlər dövlətimizə atılan çamurdur və bunu edəni tapıb cəzalandırmaq DİN əməkdaşları üçün şərəf məsələsidir”.

Məzarları təhqir edilmiş İlham və Fərizə Allahverdiyevlərin valideynləri ”“ anaları Ofeliya İbrahimova və Bağda Nəbiyeva bir neçə gün öncə Prezident İlham Əliyevə müraciət ünvanlayıblar.

Bundan başqa "20 yanvar” Cəmiyyəti də Şəhidlər xiyabanında məzarların təhqir edilməsinə etiraz əlaməti olaraq daxili işlər naziri Ramil Usubov və milli təhlükəsizlik naziri Eldar Mahmudova müraciət edib.
Hazırda Bakı Şəhər Prokurorluğunda məlum faktla bağlı cinayət cinayət işi açılıb, təhqiqat gedir. (modern.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin