Əsgərlərə telefonla danışmaq icazəsi veriləcək

Hazırda oxunan: Əsgərlərə telefonla danışmaq icazəsi veriləcək

53943
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyi (İB) Bakı şəhərinin hərbi hissələrində taksofonların quraşdırılmasına başlayıb. 
Layihə Azərbaycan Müdafiə Nazirliyinin dəstəyi ilə reallaşdırılır.
Son iki ildə Azərbaycanın dövlət operatorunun şəbəkəsində taksofonların ümumi sayı 3 dəfə azalaraq 1,2 mindən 400 ədədə enib, onların 100-dən çoxu multimedia qurğusudur.
Azərbaycanda taksofon rabitəsinin inkişafını ləngidən səbəblərdən biri mobil rabitəyə çıxışın səviyyəsinin yüksək olması və əhalinin telefonlaşdırılmasıdır.
Taksofon rabitəsi universal servis növü və sosial yönümlü rabitə xidmətidir. Qurğular daha çox paytaxtın ictimai yerlərində quraşdırılıb. Onların sayının artırılması nəzərdə tutulmur. (trend)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin