Zaqatalada şikayət zəlzələsi...

Hazırda oxunan: Zaqatalada şikayət zəlzələsi...

53804
 Zaqatala rayonunun Muxax kəndi sakinləri tərəfindən Moderator.az-a şikayət məktubu daxil olub:

"Bizim həyat və sağlamlığımız ciddi təhlükə qarşısındadır ki , buna görə təcili,təxirəsalınmadan tədbirlər görülməlidir.Belə ki, 07 may 2012-ci iltarixdə Zaqatala rayonu ərazisində baş vermiş məlum zəlzələ nəticəsində kəndimizdəki evlərə də ciddi ziyanlar dəymiş, qəzalı vəziyyətə düşmüşdür. Zəlzələnin vurduğu ziyanın aradan qaldırılması məqsədi ilə dövlət büdcəsindən pul ayrılmasına dair cənab Prezident sərəncam imzalamışdır. Bununla əlaqədar Zaqatala rayonunun Muxax kəndində də yeni mənzillər tikilib istifadəyə verilmiş , təmirə ehtiyacı olan evlər üşün birdəfəlik pul kompensasiya verildi. Ancaq bu müraciəti edən biz sakinlərin evləri zəlzələ nəticəsində qəzalı vəziyyətə düşsə və bərpaya ehtiyacı olsa da indiyə qədər heç bir tədbir görülməmişdir. Baxmayaraq ki, zəlzələdən 2 idən çox vaxt keçmiş, bu müddət ərzində ərazidə bir-neçə dəfə yeraltı təkanlar baş vermişdir ki, bu da qəzalı evlərimizi daha da yararsız vəziyyətə salmışdır. Hər vaxt ölüm təhlükəsi ilə üz-üzəyik, həyatımız ciddi təhlükə qarşısındadır. Rahatlığımız 2 ildir ki, pozulub, himayəmizdə olan azyaşlı uşaqlarımız, nəvələrimiz qorxu-həyacan içində böyüyürlər. Müvafiq orqanlar gəlib evlərimizin qəzalı və bərpaya ehtiyac olması barədə akt tərtib ediblər. Ancaq heç bir əsas olmadan  tədbir görülmür ki, çox əziyyət çəkirik. Rahatlığımız, dincliyimiz tamam pozulub, bizim vəziyyətimizi görənlər dəhşətə gəlir. Biz bu barədə dəfələrlə ərizələrlə müraciətlər etsək də, tədbir görülmür.Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə müraciət edirik. 
Cənab Prezident, Sizdən xahiş edirik həyat və sağlamlığımızın ciddi təhlükədə olmasını nəzərə alıb qəzalı vəziyyətdə olan evlərimizin bərpa edilməsinə tapşırıq verəsiniz. Bizə kömək edin.

Imza Zaqatala rayonunun Muxax kəndi sakinləri:

 Abdullayev Abdulla İbrahim oğlu AZE 02401272 
Məmmədəminov Ziya Xəlil oğlu AZE 09138137
Həmzətov Məhəmməd Şaban oğlu AZE 03441145
İsayev Nazim İslam oğlu AZE 09781570
Bubuşov İbrahim Qurban oğlu AZE 04747242
Qəniyev Yusif Məhəmməd oğlu AZE 08773664
Məmmədova Nazmiyət Nəsuh qızı AZE 01902122
Qədirov Məhəmməd Hacıəli oğlu AZE 06741359
İbrahimov Həsən İbrahim oğlu AZE 14973140
Bubuşov İlham Qurban oğlu  AZE 14397976 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin