Yeraltı nəqliyyat, yoxsa cəhənnəm yolçuluğu...?

Hazırda oxunan: Yeraltı nəqliyyat, yoxsa cəhənnəm yolçuluğu...?

53590

Moderator.az saytına Bakı Metropolitenindən daha bir şikayət məktubu daxil olub. Yeraltı nəqliyyat növünün daimi sərnişini olan şikayətçimiz, daha doğrusu, Moderator.az vasitəsilə prezident İlham Əliyevə müraciət edərək vəziyyətin dözülməz olduğu və xidmətin günü-gündən pisləşdiyi barədə həyəcan təbili çalır.

 Stansiyalarda və vaqonlardakı boğucu hava azmış kimi son vaxtlar qatarların xeyli gecikməsini dövlət başçısına qarşı sabotaj kimi qiymətləndirən şikayətçi təxirəsalınmaz tədbirlər görülməsini xahiş edir. Şikayətçi bildirir ki, ötən gün axşam saat 20.21 radələrində “Dərnəgül”-“Həzi Aslanov” xəttiylə hərəkət etməli olan qatarı sərnişinlər düz 12 dəqiqə gözləyiblər və artıq sərnişinlər stansiya platformasına sığışmadığından təhlükəli anlar yaşanıb.

Moderator.az da son günlər mütəmadi hal alan şikayətçi haraylarına qoşularaq ölkə başçısından xahiş edir ki, son vaxtlar gerçəkdən də metroda dözülməz şərait, daha doğrusu, şəraitsizlik bu nəqliyyat növündən istifadə etməyə məcbur olan sırnişinlərin əsəblərini tarıma çəkib. Yeni rəhbərliyin səriştəsizliyi və bu sahədən ümumiyyətlə bixəbər olması göz önündə və bunu sübut etmək üçün heç bu sahənin mütəxəssisi olmağa da gərək yoxdu, sərnişin olmaq kifayətdir ki, vəziyyətin necə pisləşməyə doğru dəyişdiyinin şahidi olmaq mümkün olsun. Odur ki, ölkə başçısından bir an öncə hər hansı bədbəxt hadisə baş verməmiş metropliten rəhbərliyindən vəziyyətdə dönüş yaratmaq tələbi qoyulmasını xahiş edirik.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin