AMEA-dakı saxta seçkilərlə bağlı prezidentə müraciət olundu

Hazırda oxunan: AMEA-dakı saxta seçkilərlə bağlı prezidentə müraciət olundu

53251
AMEA Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Elman Şahverdiyev Moderator.az vasitəsilə prezident İlham Əliyevə müraciət edib:

Cənab Prezident!

AMEA-ya “seçkilər” adəti kimi PA-dan gələn  təyinat siyahısı üzrə  keçirildi. Fizika üzrə müxbir üzvlüyə namizəd idim. Baxmayaraq ki, elmi işlərimə sitatların sayı ən konservativ verilənlər bazasında- SCOPUS-da ən yüksəkdir, -549 sitat(öz-özunə istinadlarsız),- AMEA-dan kənarda qaldım. Fizika üzrə 7 müxbir üzv, 3 həqiqi üzv təyin edilib.
Müxbir üzvlüyə təyin edilmış 7 nəfərin işlərinə cəmi sitatların sayı mənim işlərimə sitatların sayından azdır.Burada bir nəfərin 3 minlik müəlliflər kollektivi tərkibində  CERN-dəki Kollaborasiya işlərinə sitatlar sayılmayıb (elmə Hirş indeksini daxil edən alimin təklifinə əsasən).
Həqiqi üzv təyin edilmış 3 nəfərin işlərinə  cəmi sitatların sayı mənim işlərimə olan sitatların sayından 1,7 dəfə azdır.
AMEA üzrə təyin edilmişlərdən ən azı beş nəfərin ikili vətəndaşlığına dair ciddi şübhələr var.  
Qoy AMEA izah etsin ki, təyin edilmiş Nazim Məmmədovun  dörd səsi necə 28 oldu (31 səsdən); o biri təyin  edilmişlərin bir rəqəmli səsi necə baryeri aşdı!
Bu cür ədalətsiz təyinatları həyata keçirənlər Sizi fakt qarşısında qoyaraq inanırlar ki, Siz  onların qərarını qəbul edib bu qeyri-obyektivliyə göz yumacaqsınız.
Xahiş edirəm ki, seçkilərin AMEA Nizamnaməsinə uyğun keçirilmədiyini nəzərə alaraq nəticələrin ləğv edilməsi və yeni seçkilərin keçirilməsi üçün müvafiq qurumlara göstərişlərinizi verəsiniz. 

Cənab Pezident, mən Sizə bu xahişlə 01 iyuldan hər gün müraciət edirəm, hələ cavab almamışam.

Hörmətlə 
Elman Şahverdiyev
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin