İşğalçı Ermənistan hətta 5 nəfərlik erməni ailəsi və diversantın meyitindən imtina etməklə Dilqəmlə Şahbazı verməyəcəyini ortaya qoymuş oldu.
Moderator.az
Kəlbəcərin keçmiş deputatı Əlövsət Ağalarovdan yaranmış durum barədə nə
düşündüyünü, çıxış yolu kimi nə təklif etdiyini soruşub və aşağıdakı cavabı
alıb:
“Dilqəmlə Şahbazla bağlı fikirlərimi hələ
onlar tutulanda bildirmişəm. Onda da isti-isti demişdim ki, dərhal müharibəyə
başlayıb Dilqəmgili və Dilqəmgil kimi yüzlərlə girovumuzu, eyni zamanda
torpaqlarımızı azad etməliyik. İndi də bu fikrimdə qalıram. Təkcə Dilqəm 3 milyon dığadan üstün və cəsarətlidir.
Hər iki Dünya Müharibəsi bir nəfərin öldürülməsiylə başlayıb. Rusiyanın başı
Ukraynaya və Malayziya təyyarəsinə qarışdığından biz əlimizə düşən fürsətdən
yararlanmalıydıq. Dünya Rusiyaya imkan verməzdi ki, bizimlə müharibəyə
başlasınlar. Heç Rusiyanın özü də belə kritik və onun üçün ağır məqamda özünə
qarşı üçüncü cəbhənin açılmasına rəvac verməzdi. İndi kiminləsə, hansısa
dığayla dəyişməyi də ermənilər qəbul etmirlər. Çünki onlar Dilqəmi yaxşı
tanıyırlar, hansı şücaətin, hünərin sahibi olduğunu gözəl bilirlər. Onlar Dilqəmi
ən azı bir-iki generala dəyişərlər. İndi məqamdır ki, Dilqəm kimi bir-iki oğul
çıxsın meydana, cəbhə bölgəsindəki sərhəddi keçib bir-iki erməni generalını
qulaqlayıb gətirsin ki, bəlkə Dilqəmlə dəyişələr. Ümumiyyətlə, mənim və hesab
edirəm ki, əksəriyyətin fikri budur ki, biz respublikamızın daxilində
antiterror əməliyyatı keçirib torpaqlarımızı girovlarımızla bərabər mənfur düşməndən
azad etməliyik. Bu işdə bizə nə ATƏT, nə BMT, nə də digər qısır təşkilatlar kömək
etməyəcək.”































































































