Moderator.az xəbər verir ki, bu gün ADP İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda ölkə və beynəlxalq aləmdə baş verən ictimai-siyasi proseslər əsas müzakirə obyekti olub. Toplantı iştirakçıları ilk öncə hüquq müdafiəçisi və jurnalist, Demokratiya və QHT-lərin İnkişaf Resursu Mərkəzinin təmsilçisi İ.Nəsibovun vəhşicəsinə, xüsusi amansızlıqla döyülməsi faktından ciddi narahat olduğunu bildirib və insan hüquq və azadlıqlarına qarşı yönəlmiş bu zorakılıq faktını qətiyyətlə pisləyib. Partiya yetkililəri Naxçıvanda baş verən bu hadisəni son vaxtlar hakimiyyətin Azərbaycanda hüquq müdafiə təşkilatlarına, jurnalistlərə və digər vətəndaş cəmiyyəti institutlarına qarşı başlatdığı təzyiq və repressiyanın davamı kimi dəyərləndirib və bu basqıların məhz Azərbaycanın növbəti dönəmdə Avropa Şurası Nazirlər Kabinetinə sədrlik etdiyi dövrə təsadüf etməsindən dolayı daha dözülməz olduğunu diqqətə çatdırıb və Avropa Şurası rəhbərliyini baş verən bu üzücü hadisəyə görə hakimiyyətdən izahat tələb etməyə, hakimiyyəti isə İ.Nəsibovla bağlı faktı araşdırmağa, günahkar şəxsləri cəzalandırmağa çağırıb.
İdarə Heyəti son vaxtlar
ölkədə müxtəlif səbəblər ucbatından intiharların artmasından ciddi narahat
olduğunu bildirib və bu intihar faktlarının arxasında vətəndaşların mənəvi
psixoloji vəziyyətinin getdigcə ağırlaşması, monopoliya, korrupsiya və rüşvətxorluq
faktlarının sosal gərginlikləri daha da gücləndirməsi, məmurların vətəndaşlarla
saymazyana və qaba rəftarı, mülkiyyət hüquqlarının pozulması, polis zorakılığı,
vətəndaşların ali instansiyalara şikayətlərinin qarşısının alınması və
ictimai-siyasi proseslərin antidemokratik xarakter alması durduğunu qeyd edib və
hakimiyyəti ölkədə mənəvi psixoloji durumun yaxşılaşdırılması, sosial iqtisadi
gərginliyin aradan qaldırılması və ölkədə siyasi plüralizmin bərqərar olması
istiqamətində təcili addımlar atmağa çağırıb.
İdarə Heyəti Rusiyanın patronajlığı ilə Abxaziyada keçirilən
prezident seçkilərinin nəticələrinə münasibət bildirib və seçkilərin məhz Rusiyanın
təzyiq və siyasi təsiri ilə keçirildiyini, Gürcüstanın müstəqilliyi və
bütövlükdə beynəlxalq hüququn tələblərinin pozulması hesabına baş tutduğunu
qeyd edib və dünya ictimaiyyətinin Abxaziyada keçirilən seçkilərin nəticələrinin
tanımaması faktına hörmətlə yanaşdığını bildirməklə adı çəkilən ölkədə keçirilən
seçkilərin nəticəsini tanımadığını bəyan edib.
İdarə Heyəti Şəhidlər
xiyabanında şəhid məzarlaraına qarşı yönəlmiş çirkin əməlləri qətiyyətlə pisləyib,
bu və buna bənzər hadisələrin son vaxtlar rus meyilli qüvvələrin aktivləşməsi,
Azərbaycan əleyhinə yönəlmiş bəyanatlar səsləndirməsindən sonra daha da
artdığını bildirib və hakimiyyəti bu faktı törədənlərin axtarıb tapılması və
layiqli cəza verilməsi üçün qətiyyətli addımlar atmağa çağırıb.
İdarə Heyət Türkiyə və Azərbaycan
tarixində dərin sağalmaz iz buraxan, təriqət və məzhəbçilik zəmininə söykənərək
iki qardaş xalqı bir-birinə qarşı qoyan, acı nəticələrindən türk və müsəlman
xalqlarının düşməni olan yadelli qüvvələrin işğalçı yürüşlərinə stimul yaradan
Çaldıran döyüşünün 500 illik tarixinin tamam olmasına münasibət bildirib və təriqət
davalarının geniş yer aldığı indiki dövrdə baş vermiş bu tarixi hadisədən
düzgün nəticə çıxarmağın və iki qardaş xalq arasında mənəvi, dini, tarixi və mədəni
əlaqlərəin daha sıx şəkildə inkişaf etdirilməsinin vaciblıiyini diqqətə
çatdırıb.
Toplantının sonunda cari
məsələlərlə bağlı müzakirələr aparılıb və müvafiq qərarlar qəbul edilib.

































































































