Siyasi məhbus Babək Ədalətlinin oğlu Emil Ədalətli ölkə başçısına müraciət edib. Moderator.az-a daxil olan müraciətdə deyilir:
“Şərlənərək
qondarma ittihamla həbsə atılan atam Babək Ədalətlinin və 28 yaşlı
qardaşım Bəxtiyarın vəziyyətləri çox ağırdır. Atam Penitensiar Xidmətin Müalicə
Müəsissəsində ,qardaşım isə Ağ Ciyər Xəstəlikləri İnsitutunda müalicə olunurlar
ki ,hər ikisinin vəziyyətləri çox ciddi və ağırdır. Çıxılmaz vəziyyətdə
qalmışıq. Ailəmizdə heç kəs işləmir, buna görə də xəstələrimizin yanınada gedə
bilmirik,yoxsulluq həddində ,dözülməz şəraitdə əziyyət çəkirik. Mən mətbuat
vasitəsi ilə prezident cənab İlham Əliyevə müraciət edirəm.
Cənab
prezident mənim atam 5 Universitet bitirib ,elimlər doktorudur. 29 may 2013-cü
il tarixdə DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən
kobudluqla saxlanılıb üzərinə narkotika qoyulub şərlənərək həbs edilib. Atamın
iştirakı olmadan evimizdə də qanunsuz axtarış aparılaraq özləri qoyduqları
narkotikanı guya taparaq saxtakarlıqla sənədləşdiriblər. Atam 1 həftə DİN
BMCMİ-də saxlanilaraq ağır işgəncələrə məruz qalıb. Atamın əvəzinə sənədlərə
imza edilib. Ümumiyyətlə bu cinayət işinin qondarma , saxta olmasını, atamın
ağır işgəncə nəticəsində xəsarət almasını təsdiq edən konkret subutlar var . Ancaq
Bakı Ağır Cinayətlər Məhkəməsi bunları nəzərə almadı 20.05.2014-cü il
tarixli hökmü ilə AR CM- nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 2 il müddətində
azadlıqdan məhrum etmə cəzası ilə məhkum edildi. Həmin hökmdən atam apellyasiya
şikayəti verib bəraət verilməsini, dövlət ittihamçısı isə apellyasiya
protesti verib, atama AR CM-nin 234.4.3-cü maddəsi ilə ağır cəza verilməsini
xahiş edir. Cənab prezident mənim atam onsuz da ağır cəza alıb ki, doğma,
gənc övladı ağır yataq xəstəsidir, ailəsi yoxsulluqdan zülm içindədir ,özü isə
haqsız həbs edilməklə bir neçə xəstəlikdən əziyyət çəkir. 62 yaşlı ata üçün
bundan ağır daha hansı cəza ola bilər ? Mən inanıram ki, siz şəxsən mənim
müraciətimi arşdırıb, kömək edəcəksiniz. Ailəmiz adından sizdən xahiş edirəm
atam Babək Ədalətlinin ağir xəstə olmasını nəzərə alıb onun cəzadan azad
olunmasına kömək edəsiniz. Biz inanırıq ki, siz müraciətimizi nəzərə
alacaqsınız.
































































































