İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) QHT-lərə qiymət verdi- "5-"

Hazırda oxunan: İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) QHT-lərə qiymət verdi- "5-"

52827

"İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM) Amerika Birləşmiş Ştatları Beynəlxalq İnkişaf Agentliyi ilə birgə təşkil etdiyi “Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi 2012-Azərbaycan” layihəsinin 20 avqust 2014-cü il tarixində təqdimatını keçirib. 

Vətəndaş Cəmiyyəti Təşkilatları Davamlı İnkişaf İndeksi son 17 il ərzində 29 ölkədə vətəndaş cəmiyyəti təşkilatları sektorunda baş verən dəyişiklikləri izləyir. 2013-ci il üçün İndeks 4.7 balla qiymətləndirilir (1-ən yüksək, 7-ən kiçik inkişaf göstəricisidir)".  

Bu cümlələr təşkilatın mətbuat üçün yaydığı hesabat xarakterli mətbuat açıqlamasındandır. 

Moderator.az xəbər verir ki, açıqlamada daha sonra deyilir:

"Layihənin hesabatını təqdim edən Nərmin İbrahimova 2013-cü ildə VCT-lərin qarşılaşdıqları problemlər və VCT sektoruna edilən dövlət dəstəyindən danışıb. Belə ki, 2013-cü ildə VCT-lərin rastlaşdıqları problemlərdən - qeydiyyat prosesi, VCT-lərə tətbiq edilən yeni cərimələr, maliyyə imkanlarının kasadlığı, bizneslə vətəndaş cəmiyyəti arasındakı əməkdaşlığın səviyyəsi kimi problemlərdən söz açıb. O cümlədən, 2013”“cü ildə dövlət qurumları ilə VCT-lər arasında müxtəlif görüşlərin keçirilməsi, dövlət qurumlarının müxtəlif layihələrdə VCT-lərə kömək etməsi, onlarla əməkdaşlıq etməsi kimi müsbət addımlardan danışıb.

Nərmin İbrahimova qeyd edib ki, 2013-cü ildə qəbul edilmiş ictimai İştirakçılıq haqqında qanunvericilik dövlət orqanlarını ictimaiyyət qarşısında hesabatlı saxlamaq xarakteri daşıyır və qanuna əsasən hər bir icra orqanının tərkibində ictimai şuraların yaradılması icbaridir.

O cümlədən, təqdimatda 2013-cü ildə Dövlət QHT Şurası tərəfindən sektorun inkişafına töhfə verəcək QHT-lərin İnkişafı üzrə Milli Fəaliyyət Proqramı hazırlanmasından bəhs edilib. Orada QHT-lərin qeydiyyatı, hesabatlılığı, qanunvericiliyin təkmilləşdirilməsi kimi məsələlər əks olunub.

Hesabatda qeyd olunur ki, 2013-cü ilin sonlarına qədər qeydiyyatdan keçmiş VCT-lərin sayı təxminən 2960 olub və bunların təxminən 110-u yalnız 2013-cü ildə qeydiyyatdan keçib". 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin