“Qurultayın keçirilməməsi Musavatın fəaliyyətinə maneçilik törədir”

Hazırda oxunan: “Qurultayın keçirilməməsi Musavatın fəaliyyətinə maneçilik törədir”

52651

“Qurultayın keçirilməməsi Musavatın fəaliyyətinə maneçilik törədir, ona görə ekstremal şəraitdə də olsa belə bu qurultay keçirilməlidir”. Bunu Moderator.az-a açıqlamasında partiyanın Divan üzvü Tural Abbaslı deyib. Onun sözlərinə görə, nə qədər ki, qurultay məsələsi gündəmdədir, istəsək də istəməsək də bu partiyada müəyyən qeyri-müəyyənliklərə yol açır və proseslərin normal məcrasında axarına maneçilik yaradır:

“Ona görə də ümumiyyətlə bu qurultay məsələsi gündəmdən çıxarılmalıdır. Ya keçirilməlidir, ya da ki, bu məsələ kənara qoyulmalıdır. Bu baxımdan hesab edirəm ki, ən ekstremal şəraitdə belə bu qurultay keçirilməlidir.”

T.Abbaslı onu da əlavə etdi ki, Bakı şəhər meriyasından qərarından asılı olmayaraq, qurultay keçilməlidir:

“Meriya vaxtı ilə qurultayın şadlıq saraylarından birində keçrilməsi təklifini də verib və bu istiqamətdə də işlərimiz davam edir. Qurultayın şadlıq saraylarından birndə keçrilməsi də istisna deyil.”

O, eyni zamanda Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsinin iclasında yaranmış gərgin müzakirərlərə də aydınlıq gətirərək deyib ki, baş verənlər mətbuatdakı kimi olmayıb və həqiqəti əks etdirmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin