“Məzlumun ahı heç zaman yerdə qalmır”

Hazırda oxunan: “Məzlumun ahı heç zaman yerdə qalmır”

52534

Sabah keçmiş millət vəkili, təqdimata ehtiyacı olmayan Gülər Əhmədovanın doğum günüdür. Ad günü öncəsi onunla həmsöhbət olmaq fürsəti əldə etmişik. söhbətimizi Moderator.az oxucularına təqdim edirik: 

-Gülər xanım, hansı yaş dövründən sonra insan daha da duyğusallaşır və bu dünyanın fani olduğuna inanmağa başlayır?

-Hər insanda bu yaş fərqlidi.Ümumiyyətlə, duyğusallıq xarakterə və cinsələ bağlı bir mövzudur. Qadınlar kişilərə nisbətən daha duyğusal olurlar. Qadınları daha çox duyğusal edən onların ana olmasıdır, hətta deyərdim ki, övladlarının sayı daha çox artdıqca qadınlar daha çox duyğusal olur. Əlbəttə ki, bu hər kəs üçün norma deyil.

-Biz niyə qazandıqlarımızı öz xidmətimiz hesab etdiyimiz halda işimiz dara düşəndə fələkdən və alın yazısından gileylənirik?

-Alın yazısının olması aksimoadır, bütün səmavi kitablar bunu deyir, ümumiyyətcə bu, səmavi dinlərin ən çox müzakirə olunan mövzusudur və müxtəlif teoloqların əsərlərində alın yazısının müxtəlif açıqlamaları var. Mənim inandığım versiya ondan ibarətdir ki,  hər bir insanın dünyaya gəlişində xüsusi bir məna var. Dünyanın tarazlığının pozulmaması üçün xeyir və şər missiyalı insanlar bu dünyaya əlli-əlliyə  nisbətində gəlirlər. Hər iki missiya ilə gələn insanların yaşamının  qayəsi nəticədə xeyirin və ya şərin bitməsi ilə bağlıdır. Dünyanın gözəlliyi ondadır  ki, xeyir əmməllər  missiyasi ilə gələn insanlar çalışıb hətta  şər qüvvələrini belə, xeyirli işlərə yönətməlidirlər. Mənim dediklərimin ən gözəl nümunələri səmavi kitablarin, əsasən də “Qurani-Kərim”in ayələrində özünü göstərir, belə ki, insanın böyüklüyü, mənəvi kamilliyi onun günah işləməməsində deyil, günah işləyib tövbəkar olmasındadır.  Bunun ən gözəl nümunələrindən biri Qəzalinin “Tövbəkar” bəndələrə verdiyi açıqlamasındadır. Qəzali yazir ki,  “Qurani-Kərim”də Allah "mən günah işlətməmiş deyil, günah işləyib tövbə edən bəndələrmi çox sevərəm"  Hətta siz günah işlətməmiş olsaydınız belə, mən sizin qövnünüzü silib yerinə günah işləyib tövbə edən bəndələr gətirərdim. Ilk insan və peyğəmbər olan Adəm günah işlədib tövbə etdikdən sonra Allah ona peyğəmbərlik bəxş edir. Bu baxımdan insanın günah işlətməsi normaldır, vacib olanı insanın günahını dərk etməsi və tövbə etməsidir. Bu yerdə Həzrət Əlinin bir sözü yadıma düşdü:- "Insan üç şeydə səhv etməməlidir: özünə peşə, həyat yoldaşı və dost seçərkən. Çünki bunların səhvini bir ömür boyu ödəyərsən. O baxımdan alın yazımızda  bizi sınağa çəkə biləcək  Imanımızı ağlımızı, əxlaqımızı yoxlayacaq çətin situasiyalar nəzərdə tutulub. Əgər biz imansız, əqidəsiz olsaq bu imtahandan qeyri-kafi qiymət alacağıq, amma  bunun sınaq olduğunu dərk edib də var gücümüzlə şükürlü və səbrli bəndələr olsaq əlbəttə ki,  imtahanımızın cavabı müsbətdir. Alın yazısının interpartik məqamları yalnız bunlardı. 

-Sovetlər dönəmində bir yəhudi müəllimim vardı, deyirdi ki, bu azərbaycanlılar qəribə millətdi, hamı taleyindən şikayətçidi, amma kimsə buna görə özünü günahlandırmaz...

-Mənim də repressiya və sürgün yaşamış, yaxşı və pis günlər görmüş uzun ömürlü rəhmətlik nənəm deyərdi ki, ay bala,  bu dunyada  atasından-anasından, oğlundan-qızından, ərindən-arvadından, qonşusundan-dostundan, fələkdən ”“zəmanədən şikayət edən çox adam gördüm, amma ağlından şikayət edən heç kəsə rast gəlmədim ...

-Bəlkə günahkar axtarmaqda milli yanlışlığımızdandır ki, bəzən qurunun oduna yaşı da yandırırıq və günahsıza günah yükləyirik...?

-Qurunun oduna yaşın yanmasə  hər zaman olub və olacaq, amma bu, cəmiyyətdə elə bir təlatüm yaradır ki,  mövcud quruluşlar pozulur, formasiyalar dəyişir. Çünki məzlumun ahı heç zaman yerdə qalmır. Tarixin parlaq şəxsiyyətlərindən biri olan Heydər Əliyev deyirdi ki "günahkar cəzasız qalanda və günahsız cəzalandırılanda dövlət sarsılar”. Bu gün Ermənistan kimi bir dövlətin  böyük sarsıntı və fəlakət içərisində yaşamasının əsas səbəbi odur ki, onun başında əli günahsız körpələrin və qocaların qanına bulaşmış şəxslər durur. Unutmamalıyıq ki,  odlar içərisində yanan Şərq və Qərb məhz  dünyanın  günahkarlara cəza kəsməsinin nəticəsidir.

-Allahla başbaşa qalmaq insanda hansı hissləri oyadır?

-Allaha baş-başa qalmaq  əslində artıq hər bir insan üçün onun həyatının böyük qələbəsidir. Bu o deməkdir ki, bu insan yaradanını və özünü tanıyır. Yaradanını və özünü tanıyan insan məğlubedilməzdir. Çünki  Yaradanını tanıyan insan əlindən hər an çıxa biləcək dünyaya və onun nemətlərinə deyil, yaradanına baglıdir. Belə insanların əlindən hər şeyi almaq olar, lakin nəticədə heç nəyi almaq olmaz. Məsələn,  Mubariz İbrahimov kimi şəxslər bunun bariz nümunələridir.

-Belə bir deyim var ki, Rəbbimiz bəndəsinə çəkə bilməyəcəyi yükü yükləməz. Buna əmin oldunuzmu?

-Dediyiniz bu fikir “Qurani-Kərim”in “Bəqərə” surəsinində öz əksini tapıb. O baxımdan  bu danılmaz faktdır.

-Moderator.az-a həbsinizin ilk günlərində verdiyiniz müsahibədə belə bir maraqlı ifadə işlətmişdiniz ki, Elşad Abdullayevə sizə dostlarınızı tanıtdırdığı üşün minnətdarlıq düşür. Çoxmu çıxdaş etdiniz...?

-Çıxdaşı mən yox, həmin adamlar özləri etdilər və bununla da həm cəmiyyətə mesaj verdilər ki, onlara güvənmək olmaz və bununla da öz nüfuzlarına ciddi zərbə vurdular, eyni zamanda, Allah qarşısında günah qazandılar. Nəticədə mən yox, onlar itirdilər.

-Qaynana olmağa hazırlaşmırsınız? Toğrul artıq sizə ötənlərdəki ağrı-acını unutduracaq yaşa və statusa gəlib-ali təhsillidir və hərbi xidmətini başa vurub.

-Məni qaynana edə biləcək iki oğlum var. Bütün analara onların ocaqlarını  əxlaql-namuslu, mədəni, tərbiyəli, xoş niyyətli gəlinlər arzulayıram. Həmçinin də özümə, inanıram ki, Allahım mənə bu gözəl günləri yaşadar, Inshallah. Hal- hazırda oğul toyu görmək ən  böyök arzumdur.

-Həyatınızın ən əzablı ad günü barədə soruşmayacam, bəs ən unudulmaz xoş duyğular yaradan doğum gününüz nə vaxta təsadüf edib?

-Bütün doğum günlərimi sevirəm. Çünki  bütün doğum günlərimdə  Allahın mənə bəxş elədiyi və əmanət verdiyi  insanlar, yəni valideynlərim, övladlarım, bacı ”“qardaşlarım, ailəm və qohumlarım yanımda olub.  Allah qismət eləsin ki, bir də heç vaxt  doğum günümü istəmədiyim məkanlarda qarşılamayım.

-Heç elə olub ki, sizi təbrik edən bir dostunuzdan incidiyinizə görə təbrikini qəbul etməyəsiniz və bunu nümayişkaranə şəkildə ona bildirəsiniz?

Ardını sabah oxuya biləcəksiniz...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin