Azərbaycanda Türkiyə mədəniyyət həftəsi təşkil olunacaq

Hazırda oxunan: Azərbaycanda Türkiyə mədəniyyət həftəsi təşkil olunacaq

52503

Noyabrda Azərbaycanda Türkiyə mədəniyyət həftəsi təşkil olunacaq. Bunu Moderator.az-a açıqlamasında Türkiyənin Azərbaycandakı səfirinin mədəniyyət və turizm müşaviri Seyid Ahmet Arslan deyib. Onun sözlərinə görə, Türkiyə mədəniyyət günləri noyabrın 24-də başlayacaq və hazırda mədəniyyət həftəsinin təşkili proqramı üzərində ciddi iş gedir:

”Biz zəngin bir mədəniyyət həftəsini təşkil etməyi planlaşdırırıq. Biz mehtər marşları ansamblının, türk dünyası müzik topluluğunun, aşıqlar və ozanların konsertlərini təşkil etmək niyyətindəyik və bu istiqamətdə işlərimizi aparırıq. Bundan əlavə olaraq mədəniyyət günləri çərçivəsində türk filmlərini, teatrını, aşıq və ozanlarını, foro sərgilər və digər tədbirlər keçiriləcək.”

S.A. Arslan bildirdi ki, metər marşları ansambılı dünyanın əksər ölkələrində olub və maraqla qarşılanıb:

“Hətta bir neçə il öncə Moskvada Kreml sarayında Metərlə rus ordusunun birgə konserti təşkil olundu və bu konsert ruslar tərəfindən çox yüksək səviyədə qarşılandı. Bu konserti izləmək üçün minlərlə rus konsertə gəlmişdi. Ümid edirəm ki, Mehtərin Azərbaycanda planlaşdırdığımız konserti də möhtəşəm olacaq. Biz eyni zamanda Azərbaycan və Türkiyə aşıq və ozanlarının birgə konsertini və bu konsertlərdə onların birgə deyişmələrini, atışmalarını təşkil edəcəyik. Türk topluluqları musiqi qrupunun konsertinə gəldikdə isə burada təkcə türk musiqisi deyil, eyni zamanda bütün türk topluluqlarının musiqiləri səslənəcək. Bir sözlə demək istərdim ki, biz burada gözəl və yaddaşlarda qala biləcək bir türk mədəniyyət günlərini təşkil etmək istəyirik. Istəyirik ki, bütün ziyarətçilər bu tədbirlərdə iştirakdan məmnun qalsınlar.”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin