Fermerlərə şad xəbər

Hazırda oxunan: Fermerlərə şad xəbər

52457
Kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımları üzrə Respublika Komissiyası kənd təsərrüfatı subsidiyalarla əlaqədar qərar qəbul edib.

ANS PRESS-in Kənd Təsərrüfatı Nazirliyinə istinadla verdiyi məlumata görə, yeni qərar məhsulları istehsalçılarına hər hektar əkin sahəsinin becərilməsində istifadə etdiyi yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 40 manat yardımın verilməsi ilə bağlıdır. 

Bildirilir ki, Respublikanın hər bir rayon və kəndləri üzrə istehsalçıların siyahısı, əkin sahələri və ayrı-ayrılıqda hər bir istehsalçıya ayrılmış subsidiyanın məbləği barədə məlumatlar Kənd Təsərrüfatı Nazirliyinin rəsmi saytının (www.agro.gov.az) “Subsidiyalar” bölməsində yerləşdirilib.

İctimai nəzarəti gücləndirmək, şəffaflığı və hesabatlılığı təmin etmək,eləcə də ayrılmış dövlət vəsaitlərindən səmərəli istifadə olunmasını təmin etmək məqsədilə kənd təsərrüfatı məhsulları istehsalçılarından, qeyri-hökumət təşkilatlarından və digər maraqlı tərəflərdən dövlət yardımları ilə bağlı qarşılaşdıqları neqativ hallar barədə məlumatı Kənd Təsərrüfatı Nazirliyinin qaynar xəttinə (1652) bildirməklə, yaxud [email protected] elektron poçtuna ünvanlamaqla bizə yardımçı olmaları xahiş olunur.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin