Məşhur filosof və yazıçı Əlisa Nicat Moderator.az-a açıqlamasında Azərbaycanda demokratiyanın mövcud vəziyyətini şərh edib:
“Azərbaycanda demokratiyanın müəyyən göstəriciləri mövcuddur, bunu danmaq olmaz. Bəzi müxalif qəzetlər fəaliyyət göstərir ki, orada da tənqidi fikirlər səsləndirmək mümkündür. Müəyyən siyasi pariyalar da var, hansı ki, guya onlar da hakimiyyət uğrunda mübarizə aparırlar. Bir sözlə, zahiri də olsa demokratiyanın müəyyən əlamətləri mövcuddur. Bütövlükdə isə reallıq nədən ibarətdir, bu, hər kəsə yaxşı məlumdur. Hesab edirəm ki, görünən kəndə bələdçi lazım deyil”.
Seymur Əliyev



































































































