“Qozbeli qəbir düzəldər...”

Hazırda oxunan: “Qozbeli qəbir düzəldər...”

52200

Avqustun ilk günlərində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edən zaman yaralanan hərbçilərimizin bunca müddət ərzində ölkə rəsmiləri tərəfindən ziyarət edilməməsi təəccüb və təəssüf hissi oyatmaqdadır. Xalqın və vətənin təhlükəsizliyini həyatı bahasına qoruyan insanlara ölkənin məmur elitası tərəfindən göstərilən bu münasibət əksər siyasilər, hərbi ekspertlər tərəfindən rəsmilərin orduya bəslədiyi ögey münasibətlə izah olunmaqdadır. 

Moderator.az-a açıqlama verən tanınmış ictimai-siyasi xadim Aqil Səmədbəyli isə məmurlarımızın yaralı əsgərlərimizə baş çəkməməsində təəccüblü heç nəyin olmadığını vurğuladı. A.Səmədbəylinin sözlərinə görə, bu, məmurların ümumilikdə xalqa olan baxışının göstəricisidir, hansı ki, bu baxış illər ötsə də dəyişmiş deyil:

“Azərbaycan rəsmilərinin yaralı əsgərlərimizi ziyarət etməməsi heç də təəccüblü deyil. Onların xalqa baxışı heç dəyişmədi. Bu vaxtdan sonra da dəyişməyəcək. Necə deyərlər, qozbeli qəbir düzəldər”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin