Ehtiyyatda olan mayor, xüsusi təyinatlı dəstənin rəhbəri olmuş Ramin Əliyev Moderator.az-a növbəti yazısını göndərib:
"Soçi görüşü bir daha ermənilərin iç üzünü göstərdi. Ancaq siyasi analitik olmadığımdan məsələyə politoloji şərh vermək niyyətindən uzağam. Sadəcə ikinci Qarabağ savaşı başlayacağı halda Silahlı Qüvvələrimizin (SQ) imkanlarına, atılacaq addımlara diqqəti yönəltməyi lazım bilirəm.
Əgər günlərin bir günü
Prezident, SQ-in Ali Baş Komandanı Ilham Əliyev "Döyüşə" komandasını
verərsə, bu komandanın icrasında reallıq hansı səviyyədə olacaq? Cəmiyyət baş
verə biləcək müharibəyə hazırdırmı, yoxsa hələ də müəyyən psixoloji və
maarifləndirici tədbirlərin keçirilməsinə ehtiyac var? Valideynlər müharibənin
amansızlıqlarını bilərək öz övladlarını döyüşə göndərməyə hazırdırlarmı?
Müharibə aparmaq üçün təkcə silah və texnika deyil, döyüş birliyi və ruhuna
sahib olan ordumuz varmı? - kimi suallarını uzun müddət Silahlı Quvvələrdə
xidmət keçmiş, Azərbaycan Ordusunun yarandığı dövrdən hazırkı dövrədək, xüsusi
ilə Ordumuzun keçid dövründə belə hər bir dəyişiklik və inkişafin şahidi olmuş
bir zabit kimi öz-özlüyümdə araşdıraraq müəyyən qənaətə gəldim. Yuxarıda qeyd
etdiyim suallara qısaca cavab olaraq tam məsuliyyətimlə deyirəm:
1. Ali Baş Komandan “Döyüşə” komandası verərsə
SQ-imiz 1-ci Qarabag müharibəsindən fərqli olaraq komandanı yerinə yetirməyə
qadir yüksək döyüş hazırlığına malikdir. Çünki SQ-də vahid komandanlıq sistemi
tək əsgərdən bütün mərhələ komandirlərə qədər çox ciddi nizamdadır, bütün
komandir heyəti öz funksional vəzifə borclarını bilir və gündəlik xidmətlərində
əsas tutur (bir-iki faktlar istisna edilməklə), döyüş hazırlığı isə uzun illər
ümumi plan üzrə mərkəzleşdirilmiş qaydada aparılmışdır. Bu da bizə əsas verir
ki, ordumuzun döyüşə girən zaman real icracılıq səviyyəsini dəyərləndirək.
(Qeyd edirəm ki, burda bir çox məqamaları açıqlamıram).
2. Cəmiyyətimiz demək olar ki, müharibəni və
onun acı nəticələrini çox gözəl bilir. Lakin, buna baxmayaraq biz
Azərbaycanlılarda çox aşırı dərəcədə torpaq, Vətən sevgisi də vardır ki, buna
da səbəb əsrlərlə yadellilərin bizim xalqa qarşı apardığı ədalətsiz müharibələr
və münasibətlər, eyni zamanda da milli keyfiyyətlər və ictimai şuur olmuşdur.
Müharibənin ən acı günlərini belə xatırladıqda, bütün kənd, rayon və ya qəsəbə
hətta şəhərlərin əhalisi bu müharibəni istəyir. Erməni terrorçularının əsrin
əvvəlində və sonunda Azərbaycan xalqına qarşı törətdiyi vəhşilik və vandalizmin
cavabını bütün Azərbaycan cəmiyyəti müharibədə görür. Cəmiyyətimizdə böyük
intiqam və qisasçılıq hissi mövcuddur ki, bu da cəmiyyətimizin döyüşə hazır olma
səviyyəsini təyin etmeyə imkan verir.
3. Son günlərdə verdiyimiz
şəhidlərin ailələrini tanıdıqca Azərbaycan reallığının yeni valideynlərın övlad
itkisinə münasibətini açıq görmək mümkündur. Şəhid atası övladının dəfnində,
hətta şəhid övladı atasını yad etdikdə qürurumuz olan bayrağı öpüb gözünə və
sinəsinə qoyaraq "Vətən sağ olsun" kəlməsini rahatlıqla və qürurla
dilə gətirirsə, demək məsələ yenə də müsbət istiqamətdədir və hər bir valideyn
özü də daxil olmaqla övladını vətənin işğaldan azad edilməsinə göndərməyə
hazırdır. Inandırım sizi, cəmiyyətimizdə çox valideynlər də var ki,
övladlarının tərbiyyəsində Mubariz kimi qəhrəmanları nümunə gətirərək onlara
oxşamalarını arzulayırlar!
4. Müasir Azərbaycan ordusunda
döyüş birliyi və ruhu yüksək səviyyədədir. Buna da son hadisələr zamanı
əsgərlərimizin düşmənə qarşı qəhrəmancasına döyüşməsini və vətənə
fədakarlıqlarını misal gətirmək olar. Gizir Yaşar Hüseynov canlı nüminədir ki,
özü yaralı olsa da dusmenin hucuma kecen 6 nefer diversantini mehv etmis,
bundan sonra oz yarasini unudaraq yaralı əsgər yoldaşlarına köməklik etmişdir.
Baxın əziz dostlar! Budur bizim ordunun əsl siması! Azərbaycan əsgərinə
qəhrəmanlıq yaraşır. Görün SQ-də xidmət keçən neçə-neçə Mübarizimiz, Fəridimiz,
Pərvinimiz və s. kimi cəngavər oğullarımız var ki, bu Vətənə, bu xalqa
aşiqdirlər və canından belə keçməyə hazırdırlar!
Dəyərli dostlar, sonda sizə əminliklə
bildirmək istəyirəm ki, "bizim Ordumuz Qafqazın ən güclü ordusudur!"
şüarı həqiqətdir və inşAllah “Döyüşə” komandası verildiyi andan etibarən çox
qısa bir vaxtda siz də buna tam əmin olacaqsınız! TORPAQ ƏGƏR UÄžRUNDA ÖLƏN
VARSA VƏTƏNDIR!
Hörmətlə ehtiyyatda olan mayor
Ramin Əliyev


























































































