Prezidentlərin görüşü ərəfəsində ordumuz daha bir şəhid verdi

Hazırda oxunan: Prezidentlərin görüşü ərəfəsində ordumuz daha bir şəhid verdi

51636
Düşmənin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun bir əsgəri şəhid olub, biri isə yaralanıb

Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində erməni tərəfi təxribata əl atıb.
 
Avqustun 9-da erməni silahlı bölmələrinin atəşkəsi pozması nəticəsində saat 22.30 radələrində Ermənistan-Azərbaycan sərhədinin Tovuz rayonu ərazisində, qoşunların təmas xəttində, Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Ağsu rayonundan hərbi xidmətə çağırılmış, 1995-ci il təvəllüdlü Fətəlizadə Rüfət Nazim oğlu şəhid olub.
 
Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmənin avqustun 9-da atəşkəs pozması nəticəsində Azərbaycan Silahlı Qüvvələrinin daha bir əsgəri isə yaralanıb.
 
Avqustun 9-da saat 19.45 radələrində Ermənistan-Azərbaycan sərhədinin Gədəbəy rayonu ərazisində, qoşunların təmas xəttində 1993-cü il təvəllüdlü, Mingəçevir şəhərindən hərbi xidmətə çağırılmış əsgər Tağıyev Orxan Qalib oğlu düşmən gülləsinə tuş gəlib.
 
Yaralı əsgər ilkin tibbi yardım göstərildikdən sonra hərbi tibb müəssisəsinə təxliyə
edilib. Hazırda əsgərin vəziyyəti kafidir, həkimlərin nəzarəti altındadır.
 
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir və səbr diləyir!



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin