General-leytenant Rövşən Əkbərov əsiri danışdırdı.
Ermənistan ordusunun təxribat-diversiya qrupunun saxlanılan üzvü Karen Petrosyan Şəmkir hərbi birləşməsinə aparılıb.
Moderator.az xəbər verir ki, Şəmkir hərbi birləşməsinə aparılan erməni diversantın jurnalistlər tərəfindən görüntülənməsinə icazə verilib.
Erməni diversant korpus komandiri, general-leytenant, Milli Qəhrəman Rövşən Əkbərovun kabinetinə aparılıb və generalın qarşısında diz çöküb.





























































































