Erməni katolikosu II Qareqin Allahşükür Paşazadəyə məktub yazdı...

Hazırda oxunan: Erməni katolikosu II Qareqin Allahşükür Paşazadəyə məktub yazdı...

51288
Bütün ermənilərin katolikosu II Qareqin avqustun 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri (QMİ) Şeyxülislam Hacı Allahşükür Paşazadəyə məktub ünvanlayıb

Qareqin məktubda Allahşükür Paşazadəni qoşunların təmas xəttində atəşkəs rejiminin qorunub saxlanılması üçün səy göstərməyə çağırıb.   
 
Katolikos qeyd edib ki, atəşkəsin pozulması zəif,  lakin baha başa gələn sülhə ciddi təhlükə yaradır.   
“Biz hərbçilərin ölümü və sərhədyanı əhalinin dinc həyatının pozulması ilə müşayiət olunan gərgin vəziyyətdən çox narahatıq. İnsan həyatı müqəddəsdir, həyata olan haqq da müqəddəsdir və insan həyatına edilən təxribatlar yolverilməzdir.  Hərbi əməliyyatlar Qarabağ münaqişəsinin beynəlxalq normalara əsaslanan dinc, danışıqlar yolu ilə həllinin alternativi ola bilməz”, deyə məktubda bildirilir. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin