AMİP Azərbaycandakı siyasi qüvvələri bir araya gələrək müharibəyə hazır olamağa səslədi.
Bunu Moderator. az-a açıqlamasında AMİP sədri Yusif Bağırzadə bəyan etdi.
AMİP bəyan edir ki, Azərbaycan ATƏT Minsk Qrupu həmsədr ölkələrinin vasitəçilik missiyasını yerinə yetirə bilmədiyini və bu istiqamətdəki fəaliyyətisizliyini, o cümlədən 20 ildən artıq müddətdə BMT TŞ-nın münaqişənin həlli ilə bağlı qəbul etdiyi qətnamələri icra etməməsini nəzərə alaraq bütün məsuliyyəti öz üzərinə götürüb ilk olaraq Dağlıq Qarabağ əratfındakı işğal altında olan yeddi rayonu işğldan qeyd-şərtsiz azad etməlidir.
“Artıq atəşkəs və kompromis vaxtı bitib. Biz bütün siyasi partiyaları real olaraq bir araya gəlib torpaqlarımızın azad olunması istiqamətində səylərimizi birləşdirməyə çağırırıq. Bu gün siyasət deyil, döyüş vaxtıdır və vətən, xalq bizdən bunu tələb edir. Vaxt yetişib və biz bu addımı atmalıyıq. Biz AMİP olaraq Ali Baş Komandan İlham Əliyevin torpalarımızın azad olunması istiqamətində verəcəyi çağırışa və əmrə tam hazırdır”, - deyə AMİP sədri bəyan etdi.
AMİP sədri onu da əlavə etdi ki, BMT TŞ-nın qəbul etdiyi qətnamələrdə Dağlıq Qarabağ ətrafındakı rayonların qeyd şərtsiz azad olunması öz əksini tapıb və bu məsələdə heç bir beynəlxalq öhədlik yoxdur. Əksinə beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələr torpaqlarımızın danışıq predmeti olmadan azad olunamsı öz əksini tapıb və bu da bizə torpaqlarımızı azad etmək hüququ verir.
Partiya sədri bildirdi ki, yaranmış durumu ölkədəki siyasi partiyalarla müzakirə etməyə hazırlaşırlar.































































































