“Azadlıq” qəzeti fəaliyyətini bərpa edib

Hazırda oxunan: “Azadlıq” qəzeti fəaliyyətini bərpa edib

51252
“Azadlıq” qəzeti fəaliyyətini bərpa edib.
 
Bu barədə qəzetin redaktoru Sücəddin Şərifov məlumat verib.
 
Onun sözlərinə görə, qəzet sabahdan satışda olacaq. S. Şərifov qeyd edib ki, qəzet Azərbaycan Nəşriyyatına olan borcunun 1/3 hissəsini ödədiyi üçün çapa icazə verilib: “Eyni zamanda nəşriyyat borcumuzun digər hissəsini də ödəmək üçün avqustun 15-nə kimi vaxt verdi. Çalışacağıq ki, bu müddətdə borcumuzu ödəyək, qəzetin çapı dayanmasın”.
 
S. Şərifov onu da deyib ki, “Qasid” firmasının qəzetə olan 70 min manat borcunun bir hissəsinin qaytarılması məqsədilə müəyyən addımlar atılacaq, şirkətin qarşısında etiraz aksiyaları keçiriləcək. 


APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin