“Torpaqlarımızı azad etmək üçün gözəl fürsət yaranıb”

Hazırda oxunan: “Torpaqlarımızı azad etmək üçün gözəl fürsət yaranıb”

51210

“Torpaqlarımızı azad etmək üçün gözəl fürsət yaranıb və biz bu şansdan istifadə etməliyik”. Bunu Moderator.az-a açıqlamasında ASDP lideri Araz Əlizadə deyib. Onun sözlərinə görə, biz torpaqlarımızı ancaq və ancaq hərb yolu ilə azad edəcəyik və bunsuz mükün olamayacaq:

“Aparılan bu danışıqlar,  xalq diplomatiyası və s bunlar hamısı boş şeylərdir. Problemin yeganə  həlli yolu müharibədir. Vəssəlam. Və bu gün bunun üçün də  gözəl imkan yaranıb.  Biz müharibəyə başlayıb qısa zamanda qələbə ilə başa çatdırmaq üçün bütün imkanlarımızı səfərbər etməliyik.”

A.Əlizadənin firkincə, bu gün Rusiyanın başı  Ukrayna məsələsinə qatıldığından  Azərbaycan bu şansdan istifadə etməlidir:

 “Bu gün Rusiya beynəlxalq təzyiq altında olduğundan  böyük problemlərlə üzləşib və bu problemdən qaça bilmir. Krımı zəbt etsə də bunu həzm edə bilmir.  Vəziyyətdən çıxmaq üçün vergiləri  qaldırırlar, digər variantlara əl atrılar, amma nəticə alınmır. Digər tərəfdən iqtisadi sanksiyalar günbəgün artır və bu sanksilayalar da Rusiya iqtisadiyyatına təsirini göstərməkdədir. Hansı ki, Rusiya özü  ordu quruculuğuna  başlamışdı ki, gözlənilmədən Ukrayna münaqişəsinə cəlb edildi.  Rusiya Krımı işğal etsə də  Ukraynanın şərq hissəinə girmək planı yox idi.  Bu Rusiya üçün gözlənilməz oldu. İndi də bunun altını çəkir. Rusiya onu hesablamadı ki, ABŞ 5 milyardını xərcləyəcək və  Krımı ona bağışlayacaq. Bu mümkün olası şey deyil. Rusiya bunun çox ağır bədəlini ödəyəcək. Ona görə də hesab edirəm ki,  Azərbaycan  yaranmış situasiyadan  yararlanmalıdır. Rusiya istəsə də, burada müharibə başlasa da proseslərər  ciddi  təsir edə bilməyəcək.”

 Prezidentlərin Soçidən gözlənilən görüşünə gəldikdə isə ASDP lideri bu görüşdən heç nə gözləmədiyini bildirdi:

“Bu sadəcə növbəti görüşlərdən biri olacaq və heç nə olamayacaq. Bir daha təkrar edirəm, danışıqlar yolu ilə Qarabağ  problemini həlli mükün deyil”.

 A.Əlizadə hesab edir ki, Azərbaycan müharibəyə ciddi hazırlaşmalı,  peşəkar ordu quruculuğuan diqqət verməlidir:

“Mükələfiyyətli ordu ilə müharibə aparmaq çətindir. Çünki o zaman müharibə qurbanları daha çox olur. Ona görə də, ordumuz  sürətlə müqaviləli ordu sisteminə keçməlidir.”


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin