Azərbaycan döyüş helikopterləri cəbhənin Füzuli rayonu istiqamətində uçuşlar həyata keçirir

Hazırda oxunan: Azərbaycan döyüş helikopterləri cəbhənin Füzuli rayonu istiqamətində uçuşlar həyata keçirir

51203
Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) zərbə helikopterləri cəbhənin Füzuli rayonu istiqamətində uçuşlar həyata keçirir.
 
Helikopterlər bu gün səhər saatlarından uçuşlara başlayıb. Döyüş helikopterləri qoşunların təmas xətti üzərində uçur.
 
Yerli sakinlərin  verdikləri məlumata görə, bu gün səhər saatlarından xeyli sayda sakin rayondakı hərbi hissənin qarşısına toplaşaraq könüllü şəkildə silahlanıb, ön xəttə döyüşə getmək istədiyini ifadə edib. Hərbi hissə önünə toplaşanlar arasında 1992-1994-cü illərdə Füzulinin özünümüdafiə taborlarında döyüşənlər, keçmiş zabitlərlə yanaşı, gənclər, hərbi xidməti bir neçə il əvvəl başa vurmuş şəxslər də var.
 
Hərbi hissə komandanlığı və rayonun müvafiq qurumlarının nümayəndələri vətəndaşlarla görüşərək, onların təkliflərini dinləyib, ehtiyac yaranarsa, onların köməyindən istifadə olunacağını bildiriblər.


APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin