Şəhid olmuş hərbçilərin medalları ailələrinə təqdim olunub - FOTO

Hazırda oxunan: Şəhid olmuş hərbçilərin medalları ailələrinə təqdim olunub - FOTO

51052
Son günlər cəbhədə baş verən döyüşlərdə şəhid olmuş Elçin Əhmədovun təltif olunduğu medal atasına verilib.

APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, Qax şəhərində doğulub, boya-başa çatan, avqustun 1-dən 2-ə keçən gecə cəbhənin Ağdam-Ağdərə istiqamətində ermənilərlə döyüşdə şəhid olan kiçik gizir Elçin Rasim oğlu Əhmədov ölümündən sonra "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medal ilə təltif edilib. Medal Müdafiə Nazirliyinin nümayəndəsi, polkovnik Abakər Mirzəyev tərəfindən avqustun 3-də şəhidin atası Rasim Əhmədova  təqdim edilib.
 
İyulun 31-də qoşunların təmas xəttinin Ağdam istiqamətində düşmənin həmləsini dəf edərkən həlak olan müddətdən artıq xidmət edən Əhmədov Qaryağdı Eldar oğlunun ölümündən sonra təltif olunduğu "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli Müdafiə Nazirliyi və Respublika Hərbi Prokurorluğunun əməkdaşları tərəfindən şəhidin valideynlərinə təqdim edilib.
 
Xatırladaq ki, müdafiə naziri, general-polkovnik Zakir Həsənovun 3 avqust 2014-cü il tarixli əmrinə əsasən, son günlər cəbhədə baş verən döyüşlər zamanı şəhid olan 12 hərbiçimiz "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü dərəcəli medalla təltif olunub.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin