Ukrayna mətbuatı Qarabağdakı son döyüşlərdən yazdı...

Hazırda oxunan: Ukrayna mətbuatı Qarabağdakı son döyüşlərdən yazdı...

51028
Ukraynanın ən çox izlənilən və oxunan informasiya agentliklərindən biri "Glavnoe.ua" Azərbaycan-Ermənistan sərhədində baş verən gərginlik barədə xüsusi xəbər hazırlayıb. 

Ukraynalı jurnalistlər ermənilərin atəşkəs rejimini pozmasını ciddi tənqid ediblər. Azərbaycan ərazilərinin 20 faizinin zəbt olunduğunu vurğulayan media mənsubları Ermənistanı Cənubi Qafqazda Rusiyanın ən yaxın müttəfiqi olaraq təqdim ediblər. Xəbərdə ən diqqət çəkən məqam ermənilərin separatçı, Azərbaycanın isə Avropanın enerji tehlükəsizliyində rol oynayan ölkə kimi göstərilməsidir. Agentlik həmçinin atəşkəs rejiminin ermənilər tərəfindən pozulmasına baxmayaraq, üstünlüyün Azərbaycan Milli Ordusunun tərəfində olduğunu vurğulayıb. Onlar sübut kimi Ermənistanın aidiyyəti qurumlarının ağ bayraq qaldırmalarını göstəriblər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin