“Atlant"dakı atışma təkzib edildi

Hazırda oxunan: “Atlant"dakı atışma təkzib edildi

50971

DİN-in mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadə Moderator.az-a açıqlamasında Quba Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin oğlunun “Atlant” istirahət mərkəzində silahlı insident törətməsi ilə bağlı bəzi saytlarda yer alan məlumata aydınlıq gətirib. O.Mansurzadə “Atlant” istirahət kompleksində hər hansı silahlı insidentin olmadığını və icra başçısının oğlu ilə bağlı deyilənlərin əsassız olduğunu vurğulayıb: 

“Dünən gecə saatlarında “Atlant” istirahət kompleksində hər hansı silahlı insident deyil, sadəcə iki şəxs arasında mübahisə baş verib. Lakin bəzi saytlarda baş verən bu olay silahlı insident kimi təqim edilib ki, bu da həqiqətə uyğun deyil. İcra başçısı Mübariz Ağayevin övladı isə ümumiyyətlə hadisə yerində olmayıb və onun guya kimisə güllələməsi ilə bağlı deyilənlərin heç bir əsası yoxdur”.

 



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin