Qarabağda antiterror əməliyyatına başlamağın vaxtı çatdı...

Hazırda oxunan: Qarabağda antiterror əməliyyatına başlamağın vaxtı çatdı...

50916
Azərbaycan silahlı qüvvələrinin cəbhədə verdiyi son itkilər gündəmə öz damğasını vurub. Ölkənin bütün ictimai-siyasi təşkilatları və tanınmış simaları düşmənin bu təxribatını və xain hücumunu lənətləməklə bərabər Müdafiə Naziriliyi rəhbərliyini də ittiham edirlər.

Xalq Arzusu Hərəkatı da baş vermiş tələfatla bağlı bəyanat yayıb. Qurumun mətbuat xidmətindən Moderator.az-a daxil olan məlumatda deyilir:

"Atəşkəsdən keçən 20 il ərzində biz ordumuzdakı real vəziyyəti hərbi təlimlərə baxmaqla kifayətlənmişik və cimiyyətimiz Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin çürük bəyanatlarıyla yalanlar vaakumuna düşüb. Biz elə zənn etmişik ki, doğrudan da "Lazım" gələrsə nəinki Qarabağı və ətraf 7 rayonu, hətta Zəngəzuru və Göyçəni də qısa müddət ərzində təmizləmək iqtidarındayıq. Amma dünən baş verənlər bu bəyanatların boş gəvəzədən başqa bir şey olmadığını isbatladı və bəlli oldu ki, atəşkəsdən ötən 20 ili yelə vermişik. Səbəb nə olur-olsun, əsgərlərəmizin səngərlərdəcə qətlə yetirilməsi ondan xəbər verir ki, ordunun başında dayanan adamlar öz vəzifə borclarını yerinə yetirmək iqtidarında deyillər və onlar bu itkilərə görə qanun qarşısında sərt şəkildə cavab verməlidirlər. 
Xalq Arzusu Hərəkatı baş vermiş faciəyə görə başda şəhid ailələri olmaqlar Azərbaycan xalqına başsağlığı verməklə bərabər tələb edir ki, ordunun generalitetindəki səriştəsiz günahkarlar ən qısa zamanda məsuliyyətə cəlb edilməli və eyni zamanda ermənilərin törətdiyi vəhşiliyin onqat cavabını almalıdırlar. Zakir Həsənov bu günlərdə bəyan edirdi ki, hər düşmən atəşinə görə 10 qat atəş açılmaq əmri verib. Elə isə hər şəhidimizə görə 10 yox, heç olmasa 2 erməni dığasını cəhənnəmə göndərməyə gücü və cəsarəti çatacaqmı...?
Xalq Arzusu Hərəkatı millətimizi ayaqda durmağa və baş verənlərə biganə qalmamağa səsləyir, ordu rəhbərliyini Qarabağda antiterror əməliyyatına başlanılması üçün hərəkətə keçməyə çağırır. Biz ya bir millət olduğumuzu sübut etməliyik, ya da döyüş meydanında hamılıqla məhv olmalıyıq. Yetər artıq atəşkəs adı altında bizi öz səngərimizdə və öz evimizdə qanımıza qəltan etdikləri..."
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin