ABŞ Helsinki Komissiyası Leyla və Arif Yunusların həbsiylə bağlı bəyanat yaydı

Hazırda oxunan: ABŞ Helsinki Komissiyası Leyla və Arif Yunusların həbsiylə bağlı bəyanat yaydı

50841

Moderator.az Leyla və Arif Yunuslara qarşı elan olunan ittihamla bağlı ABŞ-ın Helsinki Komissiyasının yaydığı bəyanatı təqdim edir.

ABŞ-ın Avropada Təhlükəsizlik və Əməkdaşlıq üzrə (Helsinki) Komissiyasının sədri, senator Ben Cardin və komissiyanın həmsədri, Nümayəndələr Palatasının üzvü Chris Smith Azərbaycanda Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunusun həbsi ilə bağlı bəyanat yayıblar. 

Bəyanatda deyilir ki, L.Yunusa və onunla eyni İnstitutda çalışan həyat yoldaşı, politoloq Arif Yunusa qarşı irəli sürülmüş vətənə xəyanət, vergidən yayınma və bir sıra digər iqtisadi cinayətlərlə bağlı ittihamlar hiddət doğurur:

"Onların hər ikisi Ermənistan və Azərbaycan cəmiyyətləri arasında xalq diplomatiyası yolu ilə əlaqələr qurulmasında uzun müddət fəal olublar və onlara qarşı casusluq ittihamı absurddur. Biz Azərbaycan hökumətini çağırırıq ki, onlara qarşı ittihamları ləğv etsin, özünün ifadə və toplaşmaq azadlıqlarını dinc şəkildə həyata keçirən müxalifətə, mülki cəmiyyətə və jurnalistlərə qarşı koordinasiya edilmiş kampaniyanı dayandırsın".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin