Moderator.az-a Fətullah Gülənlə bağlılığı bəhanəsiylə fəaliyyəti dayandırılan özəl türk liseylərinin gələcək aqibətiylə bağlı ilginc məlumat daxil olub.
Belə ki, həmin məktəblərin yönətimlərinə okeanın o tayından Türkiyədə keçirilən prezident seçkilərinin nəticələrini gözləmək tövsiyyə olunub və Rəcəb Tayyib Ərdoğanın prezident seçiləcəyi təqdirdə həmin məktəblərin vahid bir mərkəzdən idarə olunması dayandırılacaq, hər bir məktəb fərdi qaydada əvvəlki tədris, təlim-tərbiyə qaydaları olduğu kimi saxlanılmaqla öz fəaliyyətini davam etdirəcək.
Bildirilir ki, bu ilki qəbul imtahanlarında abituriyentlərin ötən ildəkindən aşağı nəticə göstərməsini nəzərə alan ölkə rəhbərliyi də bu məktəblərin ölkə təhsilinin inkişafında oynadığı rolu nəzərə alaraq onların fəaliyyətinin davam etdirilməsinə yaşıl işıq yandırıb. Bir sözlə, gələn məlumatlar onu iddia etməyə əsas verir ki, həmin məktəblər istənilən halda öz fəaliyyətlərini davam etdirməyə çalışacaq. Buna nə qədər nail ola biləcəklərini isə zaman göstərəcək...































































































