İlham İsmayıl Suriyadakı azyaşlı azərbaycanlılardan danışdı

Hazırda oxunan: İlham İsmayıl Suriyadakı azyaşlı azərbaycanlılardan danışdı

50600

Son günlər ölkə mətbuatında Suriyadakı azyaşlı azərbaycanlıların silah və bayraqlar fonunda fotoları yayılmaqdadır. Bununla bağlı Moderator.az-a açıqlama verən təhlükəsizlik məsələləri üzrə ekspert, sabiq MTN əməkdaşı İlham İsmayıl həmin azyaşlıların Suriyaya gedən azərbaycanlı ailələrinə məxsus olduğunu, sadəcə oradakı mühitin bu insanların savaşa olan marağını artırdığını vurğuladı:

“Suriyadakı azyaşlı azərbaycanlılar ölkəmizdən ora gedən insanların övladlarıdır. Məlum olduğu kimi, insanların bir çoxu ora ailəlikcə gedirlər. Belə olduqda müharibə mühitində yaşayan azyaşlıların psixologiyasında dəyişiklik baş verir və onlar da savaşa maraq göstərirlər. Hansısa azyaşlının təkbaşına Suriyaya getməsi və oradakı savaşa qoşulması mümkünsüzdür”.

Ekspert xarici ölkələrdəki qanunsuz silahlı dəstələrdə təmsil olunmağın Azərbaycan qanunları ilə cinayət sayıldığını və bunu törədən şəxslərin məsuliyyətə cəlb ediləcəyini bildirdi. Bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin həyata keçirildiyinə diqqət çəkən İ.İsmayıl, gələcəkdə bu cür hallara qarşı mübarizənin daha da güclənəcəyini də istisna etmədiyini vurğuladı.

 

Seymur Əliyev


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin