“Ukrayna bataqlığı Rusiyanı iqtisadi böhrana aparır”

Hazırda oxunan: “Ukrayna bataqlığı Rusiyanı iqtisadi böhrana aparır”

50596

Politoloq Qabil Hüseynli Moderator.az-a açıqlamasında Rusiyanın Ukraynadakı seperatçılara verdiyi dəstək və bu dəstəyin rus iqtisadiyyatında yaradacağı problemlərə diqqət çəkib:

“Rusiya Ukrayna məsələsində çox dərin bir bataqlığa batıb. Bu bataqlıq Rusiyanı böyük iqtisadi böhrana doğru aparır. Medvedyevin özü də keçirilən toplantıda bunu bəyan etdi. Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyanın növbəti mərhələsi artıq işə düşməkdədir. Bu isə o deməkdir ki, bir müddətdən sonra Rusiya iqtisadiyyatında açıq-aşkar ciddi problem və geriləmələr müşahidə edilməyə başlayacaq. Bu il Rusiya iqtisadiyyatında artım gözlənilmir. Hətta geriyə doğru reqres elementləri görünür. Bu isə müharibə aparan, böyük xərclər sərf edən, hərbi xərcləri artıran Rusiyada ciddi büdcə kəsirləri meydana çıxaracaq. İqtisadiyyatda ciddi problemlər meydana gələcək”.

 

Seymur Əliyev

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin