Müsavat başqanının müşaviri Mustafa Hacıbəyli Moderator.az-a açıqlamasında qarşıdan gələn başqan seçkiləri və partiyanın fəaliyyətində gözlənilən dəyişikliklərə toxunub. M.Hacıbəylinin sözlərinə görə, partiyanın həyatında baş verəcək bütün əsaslı dəyişikliklər İsa Qəmbər və partiyanın səlahiyyətli orqanlarının razılığı ilə mümkündür:
“Məlum səbəbdən namizədlər arasında gedəcək təbliğat yarışında akriv iştirak edə bilməyəcəm. Əgər Müsavatda nəyinsə dəyişməsi haqqında qərar veriləcəksə, bu, İsa bəy də başda olmaqla, partiyanın səlahiyyətli orqanları tərəfindən veriləcək. Bu, birmənalıdır”.
Seymur Əliyev




























































































