Bir neçə gün öncə Moderator.az-a eksklüziv açıqlamasında Putin militarizmini maraqlı təhilləriylə ifşa edən eks-spiker Rəsul Quliyevə Putinin yaxın silahdaşı olan soydaşımız, Rusiyada yaşayan diaspora liderlərindən biri olan Söyün Sadıkov da elə bizim saytda etiraz etmişdi”¦
Onun bu etirazı da cavabsız qalmayıb və Rəsul Quliyev təkrar olaraq saytla əlaqə saxlayaraq bunları bildirməyi zəruri hesab edib:
“Hörmət etdiyim cənab Söyün Sadıkov Rusiyayanın aqressiv olduğunu şişirtdiyimi iddia edir. Və müqayisə üçün 10-larla ölkələrin adlarını sadalayır ki, imperiya yaratmaq üçün başqa ölkələrin torpaqlarını işğal ediblər. Birincisi, mən 18-ci əsrdən bu günə qədər olan dövrdən yazmışdım, cənab Sadıkovsa son 25 əsrdən misallar gətirib. Düzdür, bir çoxları məsələn, Midiyalılar, Yunanlar, Səlcuqlar, Ağqoyunlu və Qaraqoyunlular ,Roma və Bizans imperiyalarını sadalamayıb.
Pyotrdan bu günə qədər Rusiyada 20 şah olub, onlardan ancaq dördünün adını, yəni 1-ci Pyotr, 1-ci Nikolay, Stalin və Putinin əsl təcavüzkar olduğunu yazmışam. İkincisi, məsələn, tək Stalin 2500 ildə Söyün müəllimin adlarını çəkdiyi ölkələrin aqressiyalarda verdiyi insan tələfatından daha çox insan qurban verib.1991-ci ildən RF-nın öz imperiyasını saxlamaq üçün qırdığı insanların sayı 200 minə çatır bu İngiltərənin dünyanın 3-dən 2-sini tutmuş imperiyasını yaratmaq üçün verdiyi qurbanlardan çoxdur.
Məsələn, Persiya öz imperiyasını yaradanda ( Kureyiş, ruslar Kir deyirlər) Hindistandan tutmuş Misirə qədər bir çox ölkələri müharibə aparmadan tutub, çünki rejim bu xalqlara tolerantlıq və qismən haqq-ədalət bağışlayırdı.
Sadəcə olaraq bir məsələyə diqqət yetirmək lazımdır. Rusiya tarix kitablarında Bolqarıstan, Rumıniya ,Balkan və sairə ölkələri Osmanlı imperiyasının 500 illik əsarətindən xilas etdiyini bar- bar bağırır. Nə vaxt RF-nın bədbaxt liderləri biz bu ölkələri xilas etdik , “əcəba nəyə görə onlar bizə nifrət, türklərə isə məhəbbətlə yanaşırlar” sualına cavab verə bilsələr bəlkə səhvlərini anladılar. Çünki İngiltərə, Napoleon Fransası, ABŞ (cənab Sadıkov, ABŞ Texası zorla Meksikadan almayıb. Texaslılar öz azadlığı uğrunda 4 il müharibə aparıb və müstəqil Texas dövləti yaradıb.6 il müstəqil dövlət kimi mövcud olub, ABŞ ilə müqavilə əsasında birləşib) işğal etdikləri torpaqlara demokratiya və insanlara azadlıq gətiriblər. Rus imperiyası isə əksinə, insanlara ədalətsizlik, zorakılıq, rüşvət və rəzalət gətirib. Ona görə də bu gün Meksikalıların 90 faizi ABŞ-ın o vaxtlar Kaliforniyanı tutanda bütün Mexsikanı tutmamasından təəssüf edirlər və ildə azı minlərlə adamının sərhəddi keçəndə həlak olmasına baxmayaraq 100 minlərlə insanlar ABŞ-a qaçırlar.
Sərhədlər açılandan sonra Rusiyadan qaçanların sayı çoxdan 10 milyonu keçib. Polşalıların ümumiyyətlə bütün qonşularının RF-na nifrətinin sərhədlərini belə müəyyənləşdirmək mümkün deyil. Ukraynalılar qismən Rusiyaya qarşı liberal idilər. Rusiya öz yaramaz siyasəti ilə 45 milyonluq bir xalqın da sərhədsiz nifrətinə nail oldu. Ağlı başında olan lider öz xalqı üçün belə dözülməzlik şəraiti yaradarmı? Ancaq paranoik insanlar öz ambisiyasına görə xalqını bütün dünyada nifrət obyektinə çevirər.
1 milyon dollardan artıq biznesi olan Rus vətəndaşlarının hamısı xarici banklarda hesab açıb və pullarını oralarda saxlayırlar. Nə üçün? Çünki hökümətin başında olan bu qeyri- adekvat adamlar istədikləri vaxt istənilən adamın əlindən pulunu ,mülkünü alıb zindana ata bilər. Və belə bir işi 10 minlərlə adamlara artıq tətbiq ediblər. RF heç bir qitədə sivil bir ölkə kimi qəbul edilməyəcək, çünki varvar metodlarla dövlət idarə etmək olmaz.”



























































































