Şahidlərin sözlərinə görə, atəş açan şəxs uşaq meydançası ilə qaçıb. O, qaçanda da atəş açmağa davam edib. Qaçan şəxsi 3 nəfər qovub.
Hadisə zamanı yaralanan və ölən azərbaycanlıların da soyadları açıqlanıb. Məlumata görə, ölən şəxs 43 yaşlı Lənkəran rayon sakini F.Hüseynov olub. O döş nayihəsindən güllə yarası alıb. Yaralanan isə onun həmkarı 57 yaşlı M.Bəşirov idi.
Hər iki jurnalist Moskvaya Azərbaycan festivalına ezam olunmuşdular.
Şübhəli şəxs açıq mavi rəngli köynəkdə və açıq rəngli şalvarda olub. Onun boyu 165 -170 sm-dir.
Qeyd edək ki, silahlı insident Moskva şəhərinin şimal-şərqində olan yay kafesində gəlib. Üç nəfər məlum olmayan səbəblərə görə mübahisə ediblər, sonda onlardan biri silah çıxararaq digər ikisini güllələməyə başlayıb.
































































































