İlqar Altay qəzaya uğrayan Malayziya təyyarəsindən danışdı

Hazırda oxunan: İlqar Altay qəzaya uğrayan Malayziya təyyarəsindən danışdı

50218

İctimai Tədqiqatlar Mərkəzinin rəhbəri, tanınmış tədqiqatçı İlqar Altay Moderator.az-a açıqlamasında Ukrayna səmasında  Malayziya təyyarəsi qəzası barəsində ilkin fikirlərini bildirib. Qeyd edək ki, İlqar Altay bir çox beynəlxalq konflikt və qəzaları, məşhur ölüm və cinayətləri, o cümlədən mərhum Polşa prezidenti Lex Kacinskinin Rusiya səmasındakı təyyarə qəzasını araşdırıb: 

“İlkin müşahidə və faktlar Amsterdamdan Malayziyaya uçan sərnişin təyyarəsinin birinci növbədə raketlə vurulması ehtimalnı doğurur.

Əvvəla təyyarə Ukraynanın separatçı terroristlərin nəzarətində olan qondarma Donesk Xalq Respublikası adlı döyüş zonası üzərində qəzaya uğrayıb. O zonada kı, son dövrlər Ukraynaya məxsus döyüş və sərnişin təyyarələrinin, vertolyotların vurulması adi hal alıb. Qəza vurulma və partlayış nəticəsində ani  olaraq baş verməsəydi, yəni  texniki nasazlıq və ya hava şəraiti səbəbindən baş verərək  azacıq müddət yaransaydı, ekipajın bu məlumatı yerüstü mənbələrə ötürmə imkanı olardı. Yaxud həmin qısa müddətdə yerüstü və sputnik naviqasiya sistemlərinin qəzanı müşahidə etmək imkanı olardı.

Bundan başqa, avialaynerin rus raketləri vasitəsilə rusiyapərəst separatçı terroristlər tərəfindən  Rusiya sərhəddinə yaxın Ukrayna və yaxud, birbaş Rusiya Federasiyası ərazisindən vurulması ehtimalı da coxdur.

295 nəfər sərnişin daşıyan dinc avialayneri 330-cu eşalonda, yəni 10 min yüz metr yüksəklikdə yalnız rus istehsalı olan “Buq” yerüstü raket kompleksi vura bilər. Bu komplekslər Ukrayna silahlı qüvvələrində də, Rusiyanın Ukrayna ilə sərhəd ərazisində də mövcuddur.  Həmin komplekslər son günlər Rusiya tərəfdən Donesk və Luqansk separatçılarına ötürülüb və terroristlər bunu fəxrlə qeyd ediblər.

Təbii ki, burada dinc avialaynerin qəsdən yox, onun səhv olaraq, qarşı tərəf rəqibin hərbi məqsədli uçaq aparatı hesab edilərək vurulmasından söhbət gedir. Ukrayna tərəfin bunu etməsi  isə, qəti mümkünsüz görünür. Çünki avialayner Ukrayna tərəfdən Rusiya istiqamətində uçurdu və o səhv olaraq Ukrayna  yox, separatçılara hücüm aparatı kimi qəbul oluna bilərdi. Həm də havadan müdafiə ümumiyyətlə indiyədək bütün doyuşlər boyu separatçı qüvvələrə lazım olub. Çünki, havadan zərbəni yalnız Ukrayna tərəfi edib və son günlər separatçı qüvvələr aktivləşərək dalbadal bir neçə Ukrayna təyyarəsini vurub.

Bundan başqa avialayner vurulandan dərhal sonra qondarma DNR-in silahlı qüvvələr komandanı Rusiya diversantı İqor Qirkin-Strelkov səhvən həmin zonada Ukraynaya məxsus AN-26 təyyarəsini vurduqlarını  fəxrlə bildirib, separatçı mənbəli informasiya vasitələri bunu ugurlu raport səviyyəsində təsdiqləyiblər. Sonradan tələsik elektron şəbəkələrdən silinmələr və təkziblər başlanıb”.

İlqar Altay avialaynerin Rusiya ərazisindən raketlə vurulması ehtimalını da xüsusi vurgulayıb: “ Hesab edirəm ki, bu məsələdə ən böyuk ehtimal avialaynerin Rusiya ərazisindən vurulmasıdır. Rusiya son zamanlar separatçıların Ukrayna ordusuna böyuk ərazidə müqavimət göstərə biməməsini anlayıb onları öz sərhəddinə yaxın Donesk və Luqansk şəhərləri ətrafına geri cəkmişdi. Burada onları özü tərəfindən ötürdüyü yeni canlı və ən müasir və agır yerüstü texnika ilə gücləndirmişdi. Bunun nəticəsində terrorçu separatçılar Ukrayna tərəfə layiqli müqavimət də göstərməyə başlamışdılar. Problem yalnız Ukraynanın havadan hüçumunun qarşısını almaqda qalırdı. Aşagı, yəni 6 min metrəcən səviyyədə uçan təyyarələri vurmaq üçün müdafiə qurgularıyla yerli separatçıları təmin etmişdi. Yuxarı, yəni 10 min metr səviyyədə uçan aparatları isə öz ərazisindəki daha güçlü müdafiə kompleksləri ilə vura bilərdi. Cünki 60-100 km məsafədən 10 min metr  yüksəklikdə təyyarəni  birbaşa trayektoriya ilə vurmaq heç problem deyil”.

Tədqiqatçı Lex Kaçinski faciəsinin araşdırması barədə əlavə sulımızı qısa cavablandırdı: “Bu barədə araşdırmamız gedir. Bəzi faktlar, dəlillər əldə etmişik. Bəzilərini əldə etməyə çalışırıq. Dəfələrlə Rusiya Federasiyasının müvafiq orqanlarına konkret mənbələrə təmas uçun müraciət etmişəm. Hər dəfə Rusiya tərəfi buna imkan vermir. Bu məsələdə müstəqil araşdırmanı qəbul etmək istəmir. Bununla da Moskva  Lex Kaçinski və Polşa dövlət rəhbərlərinin 2010-cu il Smolensk səmasındakı təyyarə qəzası faciəsində şübhələri öz üzərinə çəkir. Ancaq zaman gələcək və bu məsələnin üstü mütləq açılacaq. O zaman bu böyuk faciə Beynəlxalq Tribunalda araşdırılıb günahkarlar mütləq cəzalarını alacaqlar”.  

 

Seymur Əliyev

 

  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin