Adam bilmir, bu xəbərdən doğan məntiqə gülsün, yoxsa ağlasın. Ona görə ağlamaq istəyirsən ki, deyəsən, bir tanınmış şəxsiyyət də qəribə xəsiyyətimizin qurbanı olacaq. Ona görə gülmək istəyirsən ki, xəbərin məntiqi gülüncdür. Jurnalistin yerinə olsaydım, müsahibimə deyərdim, ey əziz Əjdər müəllim, niyə sənətkarın öləcəyi ana qədər gözləyirsiniz? Yaxşı olmazmı, indidən elə dövlət adamlarına müraciət edəsiniz, həkimlər də şeyx Nəsrullah kimi ölü diriltməsinlər?
Ümumiyyətlə, mən başa düşə bilmirəm, Prezident təqaüdlü sənət adamlarımız belə səhhətlərini kimlərinsə məntiqsiz xeyirxahlığına və zati-alilərinin bu xeyirxahlıqdan doğan məhrəmətinə borcludurlarsa, biz hansı məmləkətdə yaşayırıq? Dünyanın bütün məşhurları itin-qurdun mühafizəsinə milyonlarla dollarlıq vəsait ayırdıqları halda, bizimkilər niyə pulsuzluqdan ölüm döşəyində xilaskar gözləməlidirlər? Bəs, tanınmamışlarımızın halı necə olacaq? Onların yaşamaq hüququ yoxdurmu?
Budurmu "Yeni Azərbaycan"lıların dünyaya gətirdikləri yeni Azərbaycan?
Budurmu "Yeni Azərbaycan"lıların dünyaya gətirdikləri yeni Azərbaycan?
Heydər Oğuz


































































































