Azərbaycanda təhlükəli xəstəlik yayıldı

Hazırda oxunan: Azərbaycanda təhlükəli xəstəlik yayıldı

50092
Cəlilabad rayonunda heyvanlar arasında mənşəyi məlum olmayan xəstəlik yayılıb. 
Moderator.az xəbər verir ki, ANS PRESS-in bölgə müxbirinin verdiyi məlumata görə, artıq vəziyyət o həddə çatıb ki, xəstəliyin daha da kütləvi hal almasının qarşını almaq məqsədi ilə rayonda hər bazar günü fəaliyyət göstərən mal bazarı da müvəqqəti olaraq bağlanıb.
Ən acınacaqlı vəziyyət isə Cəlilabadın Alar kəndindədir. Kənd sakinlərinin sözlərinə görə xəstəlik heyvanlarda qızdırma ilə başlayır, daha sonra onların dırnaqları soyulma prosesi gedir. Daha sonra hayvanlarının bədənlərinin müxtəlif nahiyyələrində dairəvi şəkildə şişlər yaranmağa başlayır. Məlumata görə Kənddə Xəstəliyə tutulmuş xeyli sayda iribuynuzlu heyvanların tələf olduğu və müvafiq qurumlar tərəfindən heyvanların cəsədlərinin yandırıldığı deyilir.
Məsələ ilə bağlı Cəlilabad Baytarlıq idarəsinin rəisi Vidadi Əliyev xəstəliyin mənşəyi ilə bağlı dəqiq məlumatlar bəlli olana kimi açıqlama verə bilməyəcəyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin