Kəlbəcərlilər Müdafiə Komitəsi yaradırlar

Hazırda oxunan: Kəlbəcərlilər Müdafiə Komitəsi yaradırlar

50061
Kəlbəcər rayonu ərazisində Ermənistan tərəfindən girov götürülən Azərbaycan vətəndaşlarının - Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və Həsənin hüquqlarının Müdafiəsi Komitəsinin yaradıldığını elan edirəm. 

Kəlbəcərdən olan jurnalist, "Həftə içi" qəzetinin redaktoru Elxan Salahov dünən bununla bağlı bəyanat yayıb. Bəyanatda deyilir:

"Müdafiə komitəsinin üzvləri Ermənistan hökumətinin "diversant" kimi təqdim etdiyi Dilqəm Əhmədovun, Şahbaz Quliyevin və hələ də öldürüldüyü, yoxsa girov saxlandığı bəlli olmayan Cəbrayll rayon sakini Həsənin tezliklə Azərbaycana qaytarılması üçün çalışacağını bəyan edir. Müdafiə Komitəsi hər şeydən əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi ilə sıx işləməyi qarşısına məqsəd qoyub. Həmçinin Azərbaycan dövlətini, ölkənin tanınmış ziyalılarını və vətəndaş cəmiyyətini soydaşlarımızın girovluqdan azad edilməsi işində mümkün olanları erməyə çağırırıq. Müdafiə Komitəsinin işində hər kəsi fərdi və ya qrup şəklində iştirak edə bilər. Biz fəaliyyət üçün iki əsas istiqamət seçmişik: 1)aidiyyəti dövlət strukturlarını, ictimai və beynəlxalq təşkilatları soydaşlarımızın girovluqdan azad edilməsin işində daha fəal iştirakına nail olmaq; 2)Dilqəm Əhmədov, Şahbaz Quliyev və Həsənlə bağlı qeyri-dəqiq məlumatların yayılmasına yol verməmək.
Bu çağırışımıza qoşulan və dəstək verən hər kəsə əvvəlcədən təşəkkürümüzü bildiririk!

Zülfüqar Hüseynzadə, Khalid Kazimov, Elshad Eyvazli, Kelbecer Gencleri, Kelbecer Gencleri Birliyi, Aşıq Şəmşir Mədəniyyət Ocağı, Aqil Camal, Ëlövsët Agalarov, Aqil Ceferov və digərləri"
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin