ABŞ səfirliyi Həsən Hüseynlinin həbsinə münasibət bildirdi

Hazırda oxunan: ABŞ səfirliyi Həsən Hüseynlinin həbsinə münasibət bildirdi

49990
ABŞ-ın Azərbaycandakı səfirliyi iyulun 14-də 6 il azadlıqdan məhrum edilən  Kamil VətəndaşÂ» Maarifləndirmə Mərkəzi nin rəhbəri  Həsən Hüseynli  barədə bəyanat yayıb.

Səfirliyin bəyanatında deyilib ki, Azərbaycanda mülki cəmiyyətə təsir göstərən daha bir hadisə baş verib, Gəncədə böyük hörmət göstərilən QHT lideri Həsən Hüseynliyə 6 il həbs kəsilib.

«Ona qarşı xuliqanlıq ittihamları son dərəcə şübhəli görünür», -deyə səfirlik bildirir.

«Bakıdakı ABŞ səfirliyi tələbə mübadiləsi və ingilis dili təlimləri sahəsində Hüseynli ilə yaxından işləyib.

Onun mülayim xasiyyətini və vətəndaş cəmiyyətinin iştirakı və maarifləndirmənin təbliği sahəsində gördüyü işi nəzərə alaraq, Hüseynlinin, istintaqın dediyi kimi, yerli sakinə qarşı bıçaqdan istifadə etdiyinə inanmaq praktik olaraq mümkün deyil.  Cənab Hüseynli Azərbaycanda uzun müddətli həbs cəzalarına məruz qalan və sayı artmaqda olan  vətəndaş cəmiyyəti fəalları sırasına daxildir», bəyanatda deyilir.

«Azərbaycanın tərəfdaşı olan Birləşmiş Ştatlar ölkənin bütün Azərbaycan vətəndaşlarının hüquqlarına daha böyük hörmət göstərilməsini təşviq edir.«Azərbaycanın tərəfdaşı olan Birləşmiş Ştatlar ölkənin bütün Azərbaycan vətəndaşlarının hüquqlarına daha böyük hörmət göstərilməsini təşviq edir. Biz tam əminik ki, fundamental  azadlıqların dəstəklənməsi Azərbaycanın uzun müddətli sabitliyinə və tərəqqisinə  təkan verəcək. Biz həmçinin sözügedən məqsədləri əldə etmək üçün Azərbaycanın  hökuməti və insanları ilə işləmək öhdəliyinə sadiqiq".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin