Gəncə Dövlət Universitetinin müəllimi 17 aydır məvacib üzünə həsrətdir

Hazırda oxunan: Gəncə Dövlət Universitetinin müəllimi 17 aydır məvacib üzünə həsrətdir

49849

Gəncə Dövlət Universitetinin ümumi fizika kafedrasının baş müəllimi Hacıyev Fikrət Baba oğlu Moderator.az-a müraciət edərək 17 aydır ki, əmək haqqı ala bilməməsindən şikayətlənib:

“Ali Məhkəmə də daxil hər 3 instansiya məhkəməsi keçmiş rektor Elman Məmmədovun mənə qarşı təqdim etdiyi işgüzar nüfuzun müdafiəsi və təkzib iddiasını təmin edib. İddiada yazılırdı ki, GDU-da rüşvət faktları yoxdur və ola da bilməz. Məni 3 il həbslə hədələsələr də, mən təkzib yazmadım. İndi isə 17 aylıq məcburi iş buraxmaya görə itirilən əmək haqqımı, keçən dərs ilinin məzuniyyət pulunu ala bilmirəm. 22.04.2014 tarixində Prezident Administrasiyasında qəbulda oldum, amma əvəzində kafedra müdirim həmin günün də əmək haqqımı kəsdi. 2-ci dəfə yenə 23.06.2014 tarixində qəbula getsəm də kollektivdə Xocalı faciəsindən sonra könüllü milli orduya getmiş tək əməkdaş kimi mənim qanunsuz tutulan əmək haqqım hələ də qaytarılmayıb. Tələbə qızları yalan ifadə verməyə məcbur edilməsi barədə faktları sizə təqdim etməyə hazıram”.

 


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin