İran şahı Atatürklə Azərbaycan dilində danışdı - VİDEO

Hazırda oxunan: İran şahı Atatürklə Azərbaycan dilində danışdı - VİDEO

49819
İran şahı Rza Pəhləvi 1934-cü ildə Ankaraya səfəri zamanı Türkiyə Respublikasının qurucusu Qazi Mustafa Kamal Atatürklə Azərbaycan türkcəsində danışıb. 
ANS PRESS-in məlumatına görə, videodan görünür ki, atası mazandaranlı Abbas Əli xan və anası azərbaycanlı Nuş Afərin Ayrumlu olan Rza Pəhləvi Azərbaycan türkcəsində ləhcəsiz danışır. 
Söhbətdən aydın olur ki, 1921-ci ilə qədər İran kazak briqadasının zabiti olmuş Rza Pəhləvi həmin illərdən Mustafa Kamal Atatürklə tanış olub. “Mən nəhayət çox xoşbəxtəm” deyən Rza Pəhləvi daha sonra bildirir: “Şayət biləsiniz ki, neçə il qabaq sizin nümayəndəyə ərz elədim ki, gələcəm Türkiyəyə”. 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin