Natiq Quliyevin sözlərinə görə, Şahbaz Quliyev keçən ayın 20-də qardaşları ilə bir yerdə olub.
Xatırladaq ki, bu gün cəbhə xəttində bir azərbaycanlının Ermənistan tərəfə əsir düşdüyü deyilirdi. Ermənistan mətbuatı əsir düşən şəxsin 1968-ci il təvəllüdlü Quliyev Şahbaz Cəlal oğlu olduğunu yazır.
Erməni tərəfi iddia edir ki, Şahbaz Quliyevin Dağlıq Qarabağa keçən Azərbaycan kəşfiyyat-diversiya qrupunun üzvüdür.
Azərbaycan Müdafiə Nazirliyi isə açıqlama verib ki, Ermənistan kütləvi informasiya vasitələrində yayılan məlumatda adı çəkilən şəxs Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət etmir.


































































































